AZ

APM MONACO

SEÇİLMİŞ MƏHSULLAR

APM Monaco


Ariane Prette tərəfindən 1982-ci ildə yaradılan Monako və Fransanın cənub bölgəsindən ilham alan bu marka, hələ də öz keyfiyyətini və ya üslubunu pozmadan, inanılmaz dərəcədə sərfəli qiymətə satılan gözəl zərgərlik məmulatlarının və dizayn işlərinin simvolu sayılır. Marka hər ay yeni məmulatlar təqdim etməklə həm öz ruhu, həm də yenilikləri ilə bu sahədə ən məşhur adlardan bəzilərini geridə qoyaraq, bir neçə onilliklər ərzində aktuallığını qoruyub saxlaya bilmişdir. Zərif və qadın ruhunu əks etdirən, Fransız çalarlarının təcəssümü olan “APM” brendi müasir qadının boho həyat tərzi məzmununa uyğun gələn zövq və cazibənin sinoniminə çevrilmişdir. Onların əl işi olan kolleksiyalarının hər biri – “Enigma”, “Festival”, “Ete”, “Art Deco”, “ADN” və “Edgy Glamour” - zərifdir və asanlıqla geyilir, istənilən geyimə əlavə çalar qatır və hər mərasimə uyğun gəlir. Funksionallıq və axıcılıq markanın dizayn nümunələrində aşkar görünür, gözəllik və praktikliyin ideal kombinasiyasını yaradır ki, bu da müasir dəb aləmində çox yüksək qiymətləndirilir. Dəbli və nəfis məmulatlar müxtəlif dizaynlarda təqdim edilir – onların hər biri kolleksiyanın unikal bir elementinə yönəldilib və ona müəyyən cazibə qatır. Minimalist və nəfis, kəskin və rok-n-rol - APM materialları və formaları ilə cəsarətli eksperimentlər apararaq hər mövsümün görünüşünü yaradır. Sərfəli qiymətləri ilə təəccübləndirən zövqlü və dəbli məhsulların geniş çeşidi ilə çoxları tərəfindən sevilən APM özünəməxsusluğu və dəbli aurası ilə zərgərlik sahəsində güc qazanmağa davam edir.

Mağazada təmsil Butikler

Müasir xanımları zinət əşyaları olmadan təsəvvür etmək çətindir. Məhz aksesuarlar lazımi çalarlar qatmaqla kompozisiyaya tamalanmış görünüş bəxş edir.

Ətraflı