AZ

BACCARAT

SEÇİLMİŞ MƏHSULLAR

Baccarat

“Baccarat” – dünyanın büllur istehsalı üzrə ən elit markalarından biridir. Markanın tarixi 1764-cü ildə Fransanın şərqində kral XV Lüdovik tərəfindən şüşə stəkanların, güzgülərin və digər şüşə əşyaların istehsalının təşkil edildiyi zamandan başlayır. “Baccarat” markası dekorativ sənətin güclü cəhətlərini inkişaf etdirərək, iki yüz ildən çoxdur ki, ən yüksək standartları təyin edir. Şüşə ustaları gözəllik yaratmaq məqsədilə adi məişət əşyalarını: stəkanları, vazaları, qrafinləri və qədəhləri yüksək sənət əsərinə çevirirdilər. 1839- cu ildə “Baccarat” ilk dəfə rəngli büllur məhsullarını sərgilədi. O vaxtdan bəri onun məhsullarının rəng palitrası zərif akvamarin və çəhrayı tanqo, ametist və kəhrəba rəngiylə, qara büllur – sehrli «oniks» çalarları bərq vurur. Onun tərkibinin gizliliyi çox ciddi qorunur. Müxtəlif qədəhlər emal olunaraq və qızıl suyuna salınaraq zəngin şəkildə bəzədilmiş dekorativ tərtibatlı yüksək ayaqları ilə fərqlənirdi. İldən-ilə marka mədəni irsi və ənənələrini qoruyaraq, lüks sənayesində getdikcə daha çox sərhədləri kəşf edir.

Mağazada təmsil Butikler