AZ

BERNARDAUD

SEÇİLMİŞ MƏHSULLAR

Bernardaud

“Bernardaud” lüks sinfinə aid elit farfor istehsal edən dünyanın ən qədim və ən məşhur markalarından biridir. Farfor kaolindən – ağ gil, kvars və çöl şpatlarından ibarətdir. Kaolin Fransanın Limoj bölgəsində əldə edildiyi üçün bu farfor – “Limoj farforu” adlandırılır. Kaolin farfora möhkəmlik və qüsursuz ağ rəng, kvars isə, özünəməxsus parıltı və şəffaflıq bəxş edir.

“Bernandaud” restoran farforuna dünyanın ən qəşəng və dəbli restoranlarında və mehmanxanalarında rast gəlinir. Dünyaca məşhur mehmanxana şəbəkələri “Ritz”, “Carlton” və “Four Seasons” “Bernardaud” farforu ilə işləyir. Parisin ən dəbli və bohem üslublu məkanı “Hotel Costes” də “Bernardaud” markasının restoran farforundan istifadə edir.

Yarım əsrdən çoxdur ki, “Bernardaud” markası istedadlı sənətkarları əməkdaşlığa dəvət edir: istedad, həvəs, ciddi konsepsiya və kollektiv yaradıcılığın vəhdəti farforun yeni formalarında reallaşır. “Bernardaud” ilə əməkdaşlıq edən dünya miqyaslı adlar arasında rəssamlar Kis Van Dongen və Bernard Bufet, Sezar və Roy Lixtensteyn, dizayner Raymond Loevi vardır. Onların hər biri farfor tarixində mühim iz buraxmışdır.

Mağazada təmsil Butikler