AZ

BLANCPAIN

SEÇİLMİŞ MƏHSULLAR

Blancpaın

“Blancpain” – lüks sinfinə aid saatların ən qədim istehsalçılarından biridir. Markanın tarixi 1735-ci ildən başlayır – məhz o zaman gənc saatsaz İan-Jak Blanpen Villere şəhərində öz evində balaca bir emalatxana açır.

Ailə biznesi Jan-Jakın varisləri tərəfindən davam etdirilir. Onun böyük nəvəsi Frederik-Lui Blanpen istehsalı genişləndirir. Məhz o, hərəkət çarxını silindrik işəsalma mexanizmi ilə əvəz edir. XIX əsrin ortalarına doğru fəal inkişaf edən “Blancpain” öz şəhərində ən əhəmiyyətli markalardan birinə çevrilir.

XX əsrin 50- ci illərinin sonunda “Blancpain” artıq 100 000-dən çox saat istehsal edirdi. Ucuz kvars saatların populyarlığının artdığı bir vaxtda “Blancpain” şirkəti ənənəyə sadiq qalır və mürəkkəb mexanizmli saatların istehsalına başlayır. Marka “Model Rolls” adlanan dünyada ilk avtomatik qadın saatını buraxdı. “Blancpain” istehsalı olan “Ladybird” modeli öz zamanında yuvarlaq formalı ən kiçik saat mexanizminə malik saatlar idi. 1953-cü ildə “Blancpain” peşəkar dalğıclar üçün fransız döyüş üzgüçülərinin geyim dəstinə aid edilən “Fifty Fathoms” saatlarını hazırladı.

“Blancpain” emalatxanasında detalların və alətlərin əksəriyyəti müstəqil olaraq dizayn və istehsal edilir, hər bir mexanizm bir saat ustası tərəfindən əllə yığılır, incə naxış ən xırda detalınadək yalnız əl ilə işlənir.