AZ

BRABANTIA

SEÇİLMİŞ MƏHSULLAR

Brabantıa

“Brabantia” markasının tarixi təxminən yüz il əvvəl başlamışdır. 1919- cu ildə Aalst adlı şəhərdə belçikalı ailə «Van Eldren&Co» adlı bir şirkət açmaq qərarına gəldi. Mövcudluğunun ilk günlərindən etibarən “Brabantia” insanlara gündəlik həyatda kömək edəcək yalnız yüksək keyfiyyətli məhsullar yaratmağı özünə vəzifə bilmişdir.

Bütün məhsullar təkrar emal edilə bilən müasir, praktik və ekoloji cəhətdən təmiz materiallardan hazırlanmışdır. Onların geniş çeşidinə bir sıra mətbəx aksesuarları daxildir: qida saxlama qabları, süfrə ləvazimatları, qazanlar, salat qabları, süzgəc qaşıqlar, mətbəx tərəzisi, çörək qabları və bir çox digər mətbəx əşyaları. Həmçinin vanna otağı üçün əşyalar, dispenserlər, döşəməüstü tərəzi, camaşır üçün qulluq aksesuarları, camaşır üçün zənbillər və çantalar, ütü masaları, ütü masaları üçün örtüklər, quruducular, zibil vedrələri və qutuları rahatlığı sevənlər üçün hazırlanmışdır. Xüsusi örtük: ikiqat xromlu, üzərində barmaq izi saxlamayan- FPP, məhsulları daha da cəlbedici və işlək edir.

Hal-hazırda marka ev əşyaları ticarəti sahəsində liderlərdən biridir. “Brabantia” markasının ustaları sizin gündəlik işlərinizi asan və xoş hala gətirən unikal məhsullar yaradırlar.