AZ

CARACOLE

SEÇİLMİŞ MƏHSULLAR

Caracole

“Caracole” brendinin arxasında Amerika mebel istehsalçısı Schnadig dayanır ki, mebel biznesində onun tarixi 19-cu əsrə qədər gedib çıxır. İlk “Caracole” kolleksiyası 2009-cu ildə təqdim edilmiş və müştərilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Bu marka müəyyən mebel elementlərinin konkret otaqlarda yerləşməsi anlayışını qəbul etmir. Proses zamanı evin hər otağı üçün fərqli elementlər meydana gəlir. Klassik və müasir dizayn elementlərinin unikal birləşməsində “Caracole” hər otaqda bənzərsiz və zərif çalarlara malik güclü kimliyi olan mebellər yaradır. İlhamlanaraq yaradılmış və zərif “Caracole” gizli electron enerji yığma cihazları, innovativ şkaf variantları və digər xüsusi detallar kimi çoxfunksiyalı praktikliyi özündə cəmləşdirməyi sevir.

Yaşayış, yemək və yataq otaqlarını əhatə edən 800-dən çox mebel elementindən ibarət 6 müxtəlif kolleksiya mövcuddur. Bütün məhsullar mükafat qazanmış məşhur dizaynerlər tərəfindən ABŞ-da hazırlanır, idarə olunur və ən yüksək keyfiyyətə zəmanət vermək üçün, əsasən, öz fabriklərində istehsal edilir.

Mağazada təmsil Butikler

Amerikanın «Caracole» mebel brendi ən gənc və yenilikçi istiqamətlərdən biridir. Bu brendin fəaliyyəti 2009-cu ildə başlanmış və modellərin işlənib hazırlanmasında bir-birinə zidd olan istiqamət və tərzlərin birləşdirilməsi ilə tam unikal yanaşma tətbiq edilmişdir.

Ətraflı