AZ

CHRISTOFLE

SEÇİLMİŞ MƏHSULLAR

Chrıstofle

“Christofle” brendinin yaranma tarixi 1830-cu il – zərgər Şarl Kristoflun gümüş zərgərlik məmulatlarının istahsalı üçün patent aldığı il hesab edilir.

170 il ərzində Christofle bu brendin qurucusunun başlıca prinsipinə - «Keyfiyyətli – mükəmməl olandır» əsaslanaraq, art de la table (süfrə sənəti) üzərində işləmiş, onu inkişaf etdirmişdir.

“Christofle” markasının ənənəvi müştəriləri Fransanın kraliyyət nümayəndələri – kral Lui-Filip, imperator III Napoleon olmuş və məhz onların sayəsində brend imperator sarayının rəsmi təchizatçısı statusunu almışdı.

Ən qeyri-adi hallardan biri, şübhəsiz ki, 1882-ci ildə Hindistanlı Maharacanın sifarişi olmuşdur. Bu, uzanmış hökmdarı yelpiklə yelləyən dörd bütöv qadın heykəlindən ibarət gümüşlə bəzədilmiş çarpayı idi.

“Christofle” brendinin müasir məmulatları hər zaman 925 əyarlı gümüşlə örtülür. Onun rənglənməsi maksimal olaraq 80 mikron təşkil edir və belə bir qabın 60 ildən çox istifadəyə yararlı olacağına zəmanət verilir. Onun xəlitəsi patentlidir və üç metaldan ibarətdir: mis, nikel, sink.

“Christofle” süfrə bəzəyinin asanlaşması tendensiyalarına qoşulmur və XIX əsrdə olduğu kimi, eyni qabları istehsal edir.

Mağazada təmsil Butikler


1830-cu ildə əsası qoyulduqdan sonra «Christofle Evi» zamanla ayaqlaşmaq üçün öz metodlarını müasirləşdirərək unikal məharətini daha da inkişaf etdirmişdir.

Ətraflı

Masa dəstlərinin və gümüş məmulatların məşhur Fransalı istehsalçısı «Christofle» yeni «Concorde» dəstini təqdim edir. Bu dəst kosmopolitik cizgiləri və cəsur gümüş təraşlama konsepsiyasını özündə birləşdirir.

Ətraflı