AZ

EGIZIA

SEÇİLMİŞ MƏHSULLAR

Egızia

2019-cu ildə «Egizia» 70 illik yubileyini qeyd edir. Bu uzun müddət ярзиндя «Egizia» İtaliyada şüşə üzərində ipək qrafikası texnikasının təcəssümü olmuşdur. İtalyan dizaynerlər və beynəlxalq rəssamlarla əməkdaşlıq sayəsində şirkət inkişaf etmiş və mədəniyyət aləmində, mətbuatda və bazarda tanınmışdır.

İstehsal dahiliyin və əl sənətkarlığının sintezidir. Hazırda, şirkət iki paralel yolda irəliləyir: keyfiyyət və yenilik.

Seçilmiş xammal və keyfiyyətə nəzarət prosesi unikal və təkrarolunmaz məhsulların yaradılmasını təmin edir. İnnovasiya və rəqəmsallaşdırma bazara daha da yaxınlaşmaq üçün təşkilati baxımından əlavə dəyər gətirir. Bu illər ərzində dünyanın bir sıra məşhur dizaynerləri ilə görüş nəticəsində özünəməxsus xüsusiyyətləri olan kolleksiyalar yaranmışdır. Bu isə, «Egizia»nın şöhrətinin milli sərhədləri aşmasına kömək etmişdir. Bu əməkdaşlıqdan əldə edilən məmulatlar yüksək və orijinal xüsusiyyətə malikdir və «EGIZIA»nın lüks məhsullar bazarına yaxınlaşmaq təklifinin yeni başlanğıcını ifadə edir. Bütün kolleksiyalar Sterlinq gümüş, 24 karat qızıl, platin və mis kimi qiymətli metallardan istifadə edilməklə, ipək qrafikası üsulu ilə işlənmiş şüşədən hazırlanmışdır. Bundan əlavə, minalı boya vasitəsilə klassik tərzdən müasir tərzə, həndəsi tərzdən barok tərzinə qədər müxtəlif nümunələr yaradılmışdır. Bəzədilmiş əşyalar eynəklər, boşqablar, sinilər, kasalar, konusvari və silindrik vazalardır.

Sobada tətbiq edilən 560°C-yə qədər temperatur sayəsində qiymətli metallar şüşə ilə qarışırlar. Hər bir məhsul «Egizia» tərəfindən sertifikatlaşdırılır və keyfiyyətinə zəmanət verilir.

Mağazada təmsil Butikler