AZ

FRETTE

SEÇİLMİŞ MƏHSULLAR

Frette

“Frette” markasının tarixi 1860-cı ildə Fransanın Qrenobl şəhərində başladı. Üç tərəfdaş – Aleksandr Paye, Şarl Şabo və Edmon Frette bu şəhərdə yataq dəsti şirkəti açdılar. Tezliklə Edmond Frette İtaliyanın şimalına köçdü və orada müstəqil bir markaya çevrilən iki fabrik qurdu. Fabriklərdən biri fərdi müştərilər üçün fəaliyyət göstərirdi, digəri isə, qonaq evləri və mehmanxanalar üçün təchizat sahəsi üzrə ixtisaslaşmışdı. Sonrakı 15 il ərzində Frette məhsulları böyük nüfuz qazandı: 1880-ci ildən bu günə qədər bu markanın süfrələri və mələfələri İtaliyanın bütün dünyadakı səfirliklərinə təmin edilir.

1894- cü ildə markanın şöhrəti Vatikana çatır: toxuculuq evinin ustaları Romadakı “Müqəddəs Pyotr” kilsəsinin səcdəgahı üçün “Holy Virgin” süfrəsi hazırlamaq sifarişini alırlar. XIX əsrin sonu XX əsrin əvvəllərində Edmond Frette İtaliyada mağazalar açır. Süfrələri “Titanikin” ziyafət salonunu və “Şərq ekspresinin” vaqonlarını bəzəyirdi.

Bugün italyan markasının toxunma məmulatları ulduzlar və məşhurlar, həmçinin Avropanın zadəgan ailələri tərəfindən satın alınır. Frette məmulatlarının üzərində 800-dək ailə gerbi yerləşdirilmişdir. Onun məmulatları Avropa və Amerikanın ən yaxşı mehmanxanalarında təqdim olunur: Londonun Ritz və Savoy, Romanın Grand Hotel mehmanxanaları və bir çox digərləri.

Frette markasının çeşidlərinə üzəri dantel, tikmə və naxışlarla bəzədilmiş atlas, ipək, pambıq, jakkard yataq dəstləri; dəsmallar, kral yataq örtükləri, süfrələr, dekorativ yastıqlar, ev üçün aksesuarlar, yastıqlar, yorğanlar və ev üçün geyimlər daxildir. Bu gün “Frette” markasının pərəstişkarları onun hər yeni kolleksiyasını səbirsizliklə gözləyir və dünyanın hər yerində təmsil olunan marka haqlı olaraq etalon hesab edilir.

Mağazada təmsil Butikler

Bu kolleksiyada əsas yeri «Golden Deco» kapsul çeşidi tutur. Həmin məhsulun əsas dekorativ motivi ayıdöşəyi yarpaqlarıdır.

Ətraflı