AZ

HAVILAND

SEÇİLMİŞ MƏHSULLAR

Havıland

“Haviland” markası 1838-ci ildə ABŞ-da qab-qacaq idxalı üzrə ixtisaslaşmış şirkət açan amerikalı Devid Haviland tərəfindən təsis edilmişdir. İlk dəfə “Limoj” farforundan hazırlanmış məmulatlarla qarşılaşan Devid onların keyfiyyətinə və gözəlliyinə heyran olmuşdu. Beləliklə, o, Limojda qısa müddət ərzində hamı tərəfindən rəğbət qazanan şirkətini açır. “Haviland” markası əldə etdikləri ilə kifayətlənmir, daima istehsal texnologiyalarını inkişaf etdirərək, analoqu olmayan, bənzərsiz forma və dekorasiyalar yaratmağa can atır: farforun üzərində incə naxışlar, yeni formaların işlənib-hazırlanması, yeni rəng və çalarların- solğun-yaşıl, lavanda çiçəyi rəngi, səma mavisi, fil sümüyü çalarlarının kombinasiyası.

“Haviland” markasının inanılmaz uğurunun sirri üzərində görkəmli dizaynerlərin və rəssamların vaxtilə və hal-hazırda işlədiyi formalarda və dekorasiyalardadır. Müasir istehsalın dəyərli metallar və qiymətli minerallardan istifadə etməklə ərsəyə gələn ənənəvi naxış vurma üsulları ilə vəhdəti nəticəsində “Haviland” məmulatları şəxsi və muzey kolleksiyaları sahiblərinin əldə etməyə çalışdığı sənət əsərinə çevrilir. İncə rənglərlə, qeyri-adi heyvan təsvirlərilə, ar-deko üslubunda zərif şəkillərlə, yapon naxışları ilə, parislilərin həyatından səhnələrlə bəzədilmiş incə çini dəbi diktə edir, süfrə bəzəyinə özəllik qatır və sadəcə, gözə və ruha xoş gəlir.

Mağazada təmsil Butikler