AZ

IVV

SEÇİLMİŞ MƏHSULLAR

IVV

İtalyan markası “İVV” – “Industria Vetraria Valdamese” – 1852-ci ildə Toskanda peşəkar şüşə istehsalçıları tərəfindən yaradılmışdır. Bu ərazidə şüşə məmulatları və şüşə istehsalının tarixi minilliklərə gedib çıxır.

Çox qısa müddətdə “İVV” bütün dünyada məşhurlaşdı və Avropada əl əməyi ilə şüşə istehsalında qabaqcıl istehsalçılardan biri kimi tanındı. Markaya məxsus kolleksiya – özündə bütün dünya mədəniyyətini ehtiva edən özünəməxsus qeyri-adilikdir. Məmulatların dizaynı tarixin dərinliklərinə gedib çıxır, ancaq müasir rəssamların fikirləri sayəsində ultramüasir kolleksiyalar ərsəyə gəlir.

Bütün şah əsərlər sənətkarların əl əməyinə əsaslanır, buna görə də onların bənzəri yoxdur, hər bir məhsul fərdi və təkrarolunmazdır. Yüksək keyfiyyətə xüsusi diqqət yetirilir. Şüşə gözəl və melodik bir ahəngə malikdir və seçmə qumdan hazırlanır ki, bu da hər bir məmulatı kristal kimi davamlı edir.

Hər bir məmulatın qızıl və ya gümüş əl işi ilə bəzədilməsi ona bənzərsiz üslub bəxş edir. Sənətkarlar kənarları cilalamırlar, əyrilikləri düzəltmirlər, bütün nüansları olduğu kimi saxlayırlar. Bu cür xırda nüanslar hər gözə görünmür və bu kiçik detallar sayəsində işıqla rəngin misilsiz oyunu yaranır.

Dəb tendensiyalarını xarakterizə edən “Aria”, “Volant”, “Fosion” kimi bir sıra məşhur kolleksiyalar markanın çeşidləri sırasına daxildir. Etnik şərq kolleksiyası əsasən konseptual məkanlar üçün nəzərdə tutulur.

Marka, eyni zamanda, dəniz məhsulları və pendirlər üçün nəzərdə tutulmuş bir sıra tematik boşqabları da istifadəyə təqdim edir. Eksklüziv vazaların, şamdanların, ədviyyat qablarının və müxtəlif aksesuarların geniş çeşidi sayəsində ənənəvi süfrə bəzəyinə xüsusi cazibədarlıq və orijinallıq bəxş etmək olar.

Aprel ayı sürprizlərlə doludur! Coincasa butiklərində aprel ayının 3-dən 15-nə kimi IVV məhsullarını xüsusi qiymətlərlə əldə eəd bilərsiniz! Bunun üçün *0221 qısa nömrəsi ilə əlaqə saxlamağa və pulsuz çatdırıma xidmətindən yararlanmağa tələsin! Butikin instagram səhifəsində məhsullarala anış ola bilərsiniz: coincasa_for_idea

Ətraflı