AZ

LALIQUE CRYSTAL

SEÇİLMİŞ MƏHSULLAR

Lalıque Crystal

“Rene Lalik” – öz sənətinin əsl ustası olmaqla, bütün dünyada yalnız gözəl zövq sahibi kimi deyil, həm də «qızıl əllərin sahibi» kimi tanınır. 1909-cu ildə o öz fikirlərini realığa çevirmək qərarına gəlir və 9 il sonra oz sənət əsərlərini yaratmağa başladığı yerdə - Elzasda şüşə istehsalı zavodu açır. Zavodda o, maye şüşəni metal çərçivəyə doldurmaqla əslində, uyğunsuz görünə biləcək şüşə və metal kombinasiyasını həyata keçirməyə başlayır. Bu cür məmulatlar nəinki öz ustasının ürəyincə olur, həm də bütün dünyada insanlar tərəfindən bəyənilir. Qəribə relyefli şəkillər sanki qəfildən şüşə kütlələrinin dərinliklərindən üzə çıxır.

1925-ci ildə Parisdə keçirilən beynəlxalq sərgidə “Lalique” fabrikinin geniş məmulat çeşidi bütün dünyaya sərgiləndi. Artıq bir qədər dəyişdirilərək büzməli şüşədən hazırlanmış məşhur vazalar baxışa çıxarıldı. Burada həmçinin heykəllər, bəzək əşyaları, qab-qacaq, lampalar və bir çox başqa əşyalar sərgilənirdi. Bu məmulatlar günümüzədək gəlib çıxaraq, Luvr və Ermitajın mötəbər eksponatları sırasındadırlar. Muzeyləri ziyarət edərkən, çılpaq qadın bədəninin və zəngin fauna və floranın təkrarolunmaz tərzini özündə ehtiva edən keçmiş və müasir əsərlərin bənzərliyini aydın şəkildə görmək olar.

Çoxəsrlik tarixə və müasir dəb tendensiyalarına malik olan “Rene Lalik”in yaratdığı məmulatlar günümüzə qədər gəlib çatan, orijinal və təkrarolunmaz tərzdə gerçək sənət əsərləri hesab oluna bilər.

Mağazada təmsil Butikler

Kişilər üçün hazırlanan bu yeni ətir ilə «Lalique Evi» Rene Lalikin yaradıcı ruhuna öz ehtiramını bildirmişdir.

Ətraflı

Əsası 1888-ci ildə qoyulmuş «Lalique Evi» 130 illik yubileyini qeyd edir və aksesuar və qablardan ibarət yeni kolleksiyasını buraxır.

Ətraflı