AZ

MOSER

SEÇİLMİŞ MƏHSULLAR

Moser

Çexiya bülluru “Mozer”: keyfiyyət, dəbdəbə və tərz etalonu!

1857- ci ildə Çexiyanın Karlsbad şəhərində bədii şüşə emalı zavodu açıldı. Şüşə zavodunun məhsulları onun yaradıcısı və 50 il ərzində əvəzolunmaz rəhbəri olmuş Lüdviq Mozerin adı ilə adlandırıldı. “Mozer” – öz bədii dəyərinə və keyfiyyətinə görə dünyada ən yaxşı büllur hesab edilir. “Mozer” büllurunun tərkibində qurğuşun yoxdur, buna görə də istehsal müəssisəsi ekoloji cəhətdən təmiz kurort şəhərinin yaxınlığında yerləşir. 1878-ci ildən bu yana “Mozer” zavodu I Frans İosifin, Fars şahının və ingilis kralı VII Edvardın imperator sarayı üçün elit qablar tədarükçüsü hesab edilir. Çexiya büllurunun gözəlliyini və qeyri-adi təmtərağını kraliça II Yelizaveta və İspaniya kralı XIII Alfons, dünyaca məşhur aktyorlar Klaudiya Kardinale, Sofi Loren və Silvester Stallone də qiymətləndirmişlər.

“Crystal Moser” – büllur qablar arasında tanınmış kral markasıdır. Çoxəsrlik tarixinə baxmayaraq, “Mozer” zavodunun məhsulları əvvəlki kimi dünya bazarlarında böyük tələbata malikdir. “Mozer”in büllur qabları həmişə bir çox dövlət başçılarının təntənəli qəbullarında yer alır. “Mozer” qədəhlərini kral ailələrinin nümayəndələri nigah mərasimi üçün seçirlər, Çexiyanın büllur vazaları prezident və diplomatların gerblərini və monoqramlarını bəzəyir.

Bu gün, 150 il əvvəl olduğu kimi, çex şüşəsi dəqiq tərkibi ciddi şəkildə qorunan özünəməxsus reseptə əsasən hazırlanır. Büllurdan inanılmaz “Mozer” qablarının hazırlanması təcrübəli mütəxəssislərin işidir. Yalnız əl ilə cilalanmış və üzəri rəsmlərlə işlənmiş məhsullar, eləcə də rəngli çex büllurunun zəngin tonları “Mozer” markasının fərqli xüsusiyyətləridir, bu isə təkcə büllur qablar deyil, yüksək bədii dəyəri olan əsl şah əsərlər əldə etməyə imkan verir.

Mağazada təmsil Butikler