AZ

NACHTMANN

SEÇİLMİŞ MƏHSULLAR

Nachtmann

Almaniya yüksək keyfiyyətli büllur qabların istehsalı üzrə dünya liderlərindən biridir. Bavariya markası olan «Nachtmann» 1834-cü ildən bəri milli sənayenin keyfiyyət standartlarını təyin edir və markanın qabları isə ən yüksək keyfiyyətli məmulatların etalonu hesab edilir.

Nəsildən –nəslə ötürülən qeyri-adi texnologiya sayəsində kənarlar elə kəsilir ki, işıq şüaları sınır və brilyant qığılcımlarından fəvvarə yaradır. Qədəhlər, fujerlər, vazalar, boşqablar, qablar və digər «Nachtmann» qab-qacaqları yüksək keyfiyyətli büllurdan hazırlanır. Müasir istehsal texnologiyaları sayəsində qabların kristal şəffaflığı və mükəmməl parıltısı illər boyu qorunub saxlanılır, qədəhlərin zərif cingiltisi isə həqiqətən təkrarolunmazdır. Bu gün sənətkarlar büllur kimi gözəl görünən şüşədən də istifadə edirlər, lakin şüşəyə yalnız əl ilə forma verilir, bu isə hər bir qabın keyfiyyətli olacağının zəmanətidir. «Nachtmann» məmulatlarının dizaynı - dəb tendensiyaları ilə klassik siluetlər arasında ahəngdar bir tarazlıqdır, bu isə, ən tələbkar müştəriləri belə, məftun edə bilir.

Yarım əsrlik fəaliyyəti dövründə qazandığı böyük şöhrəti sayəsində, «Nachtmann» markalı büllur – təmtəraqlı ziyafətlərin, qəbulların və rəqs gecələrinin yaraşığına çevrilmişdir.