AZ

PASQUALE BRUNII

SEÇİLMİŞ MƏHSULLAR

Pasquale Bruniı

Pasquale Bruni öz yaradıcı dünya görüşündən ilhamlanaraq yenilikçi səyahətinə başlayanda 20 yaşı yeni tamam olmuşdu. O, gənc və cəsarətli idi, bu isə, tezliklə bütün dünyanın qiymətləndirəcəyi xüsusi və bənzərsiz əl işlərini yaratmaq üçün ona cəsarət verirdi. Onun yenilikçi yanaşması zərgərlik sənətinin mahiyyətini dəyişdirdi.

Pasquale Bruni üçün Valenza mükəmməl bir yer idi və həmişə də elə olacaqdı. Pasquale məhz burada öz atelyesini qurdu və ailəsini böyütdü. Bu, onun öz müştərilərindən və onların dünyalarından ilham alaraq əsərlərini yaratdığı ümidlərlə dolu beşik olmuşdur.

Eugenia hələ uşaqlıqdan, atasının işlərinə heyran olduğu vaxtlardan şirkətin bir hissəsinə çevrilmişdi. "Sevən yaradıcı mühitdə" tərbiyə olunan Eugenia Pasquali vadar edirdi ki, rənglə yanaşı bütün kolleksiyalara qadın zərafəti də əlavə etsin.

2001-ci ildə o, brendin kreativ direktorluğunu öz üzərinə götürdü və hər yeni kolleksiyaya müasir ruh qatmağa başladı. Ghirlanda-dan Sissi-yə, bənzərsiz Bon Ton və Giardini Segretiyə qədər, Eugenia qadın cazibəsini artırmaq üçün rəng və formaları sınaqdan keçirərək, təbiətin əsl mahiyyətini qoruyur.

Eugenianın əsərləri ənənəvi zərgərlik məmulatlarından çox üstündür: yeni interpretasiyada təqdim edilən daşlar və rənglər qadın azadlığını əks etdirir. Onun zinət əşyaları hərəkət doludur; bədən və saç üçün bəzək əşyaları özü ilə bərabər duyğu gətirir və qadınları özlərini sevməyə və özləri üçün yaşamağa çağırır.

Təbiətdən və qadınlardan ilham alan və hər zaman bənzərsizliyə və mükəmməlliyə can atan Eugenianın zinət əşyaları mənəviyyatı, ehtirası və hissləri ifadə edir. Hətta daşın kəsimi də özünəməxsusdur: bu zinət əşyaları təbiətən dəbli, dizayn baxımından unikaldır və onlar təbiətin çiçəkləri, yarpaqları və rəngləri kimi taxılmalıdır - bu cür qiymətli yaxınlıq duyğulardan qaynaqlanır və birbaşa onun qəlbindən gəlir.

Danielin şirkətə ilk töhfəsi bu gün rəhbərlik etdiyi marketinq şöbəsinə olmuşdur. Daşlara olan təbii ehtirası onu gemmoloq olmağa vadar etdi.

Daim keyfiyyət naminə çalışan Daniel brendin yaradıcı ruhunu qoruyaraq ən yaxşı daşlar və kəsimlər axtarır. Hal-hazırda o, ABŞ filialının prezidentidir.

Mağazada təmsil Butikler

Baharın ilk günündə «Royal Collection» butikində «Pasquale Bruni» italyan Zərgərlik Evi kornerinin açılışına həsr olunmuş tədbir keçirildi.

Ətraflı