AZ

PLAUENER SPINNHÜTTE

SEÇİLMİŞ MƏHSULLAR

Plauener Spınnhütte

“Plauener Spinnhütte GmbH” fabriki ötən əsrin 20-ci illərindən ipək parçaların istehsalı ilə məşğul olur. Ən yüksək standartların tələblərinə cavab vermək üçün bütün ipək parçalar Eco Tex Standartına və ISO 9001 standartlarına uyğun sertifikatlaşdırılmışdır. Əlbəttə ki, bütün ipək məhsullar tamamilə «Almaniyada hazırlanmışdır» - «Silk made in Germany».

Dəb tendensiyalarını, müştərilərin istəklərini daim diqqətlə izləyən “Plauener” istehsal olunan parçaların sayını artırdı. Hal-hazırda bunlar – pərqu ipək odeyallar, tükkeçirməz toxunuşlu ipək parçalı yastıqlar, qobelen toxunuşlu ipək dekorativ yastıqlar, şal və şərflər də daxil olmaqla, bir çox geyim məmulatlarıdır. Hər bir kolleksiya üçün məxsusi dizayn və rəng çalarları ilə yaradılan ipək yataq dəstlərini isə, xüsusilə qeyd etmək olar.

Hər bir müştərini məmnun etmək məqsədilə, daim çalışaraq, fabrikdə maksimum ölçüdə fərdi dizynlar hazırlana bilər.

“Plauener Spinnhütte” Almaniya fabrikinin ipək yataq dəsti dərin yuxu və mükəmməl yataq otağı tərzini tamamlamaq üçün krallara layiq hədiyyədir.

Yataq dəsti yüngül sərinliyə, dəri üçün müstəsna incəliyə malikdir, toxunduqda gözəl hisslər bəxş edir və sağlamlıq üçün faydalıdır.

Mağazada təmsil Butikler