AZ

ROBBE & BERKING

SEÇİLMİŞ MƏHSULLAR

Robbe & Berkıng

“Robbe & Berking” şirkətinin tarixi 1874 –cü ildən başlayır. O dövrdən bu günə qədər onun məhsulları yalnız süfrə ləvazimatları deyil, həm də bənzərsiz sənət əsərləri hesab edilir. Ciddi dizayn və yüksək standartlar – markanın fəaliyyətini müəyyənləşdirən və təyin edən prinsiplərdir.

Markanın ustaları kütləvi istehsala diqqət yetirmirlər. Onlar üçün az, lakin keyfiyyətli iş görmək daha vacibdir. Bundan başqa, detallara xüsusi önəm verilir. Məhsulların istehsalında yalnız çox yüksək keyfiyyətli gümüşdən istifadə olunur. Bütün süfrə ləvazimatları yüksək keyfiyyətli və dünyada yaxşı nüfuza sahib olan 925 sterlinq əyarlı gümüşdən hazırlanır. “Robbe & Berking” şirkətinin məhsul çeşidləri əlliyə yaxın süfrə ləvazimatlarından ibarətdir.

Markanın əsas xüsusiyyətlərindən biri qeyri-adi məmulatların istehsalına olan sevgidir, buna misal olaraq lobster və ya istiridyə üçün çəngəli qeyd etmək olar. Onların məhsulları daha çox həqiqi qurmelər üçün nəzərdə tutulmuşdur.

Məhsulun keyfiyyəti barəsində mübahisə etməyə dəyməz, bunu elə dizayn haqda da demək olar. “Robbe & Berking” gümüş süfrə ləvazımatlarına Avropanın bir çox muzey ekspoziyilarında rast gəlmək olar. Müasir gümüş sənətində onlar, həqiqətən də, seçilirlər. Bir çox məşhur beynəlxalq mehmanxanalar və restoranlar şirkətin süfrə ləvazimatlarını əldə etməyə tələsirlər. Hətta İordaniya kralının sarayında, Kremldə, Almaniyada Federal Kansler binasında bir çox qəbullar zamanı bu məşhur gümüşlərdən istifadə olunur.

Mağazada təmsil Butikler