AZ

ROBERTO COIN

SEÇİLMİŞ MƏHSULLAR

Roberto Coın

“Roberto Coin” 30 ildən çoxdur ki, zərgərlik sənayesinin simvoludur. Onun dizaynlarına nəhəng “Animalier” kolleksiyası, 100 unikal aspekti olan “Cento Diamond” və ilk dəfə 1996-cı ildə məşhur yaqutla təqdim edilmiş əsas “Appassionata” kolleksiyası daxildir. 1977-ci ildən bəri Venesiyalı dizayner Roberto Coin həyatını yenilikçi dizayn arzusuna həsr etmişdir. İşıq, tekstura, rəng və naxışları sınaqdan keçirən Coin tərzi daim inkişaf edir. 1996-cı ildə ilk dəfə olaraq, bir zərgərlik kolleksiyası hər bir məmulatın içərisinə qoyulmuş kiçik bir yaqutla təqdim edilmişdir. Bu kolleksiya “Appassionata”dır və qeyri-adi dəst-xətti ilə,“Roberto Coin” markasının tarixinin başlanğıcını qeyd edir. Daim yeni və fərqli bir məmulat yaratmaq istəyi ilə “Roberto Coin” hər il təxminən 5 kolleksiya təqdim edir. Bunlar dünyanın 60 ölkəsində yerləşən 1000-dən çox butikdə mövcuddur.

«Roberto Coin» zərgərlik Evinin «Gourmette» kolleksiyası - ənənəvi italyan sənətkarlığına həsr olunmuş sevginin təzahürüdür.Bu kolleksiya üçün səciyyəvi olan sadəlik, adətən, üstünlük və əbədilik kimi iki anlayışın sinonimi olaraq bilinir.

Ətraflı

«Sauvage Privé» – 1996- cı ildə yaradılan «Roberto Coin» markasının ən özəl əşyası hesab olunur.

Ətraflı

Qədim Misirdə sehrli xüsusiyyətlərə və heyrətamiz müsbət energetikaya malik yeganə qiymətli daş yaqut hesab olunurdu.

Ətraflı

Hədiyyə və gözəllik simvolu olan çiçəklərə həsr edilmiş kolleksiya olmadan, yəqin ki, «Roberto Coin» Zərgərlik Evinin yaradıcı dünyası yarımçıq qalardı.

Ətraflı