AZ

TVS

SEÇİLMİŞ MƏHSULLAR

TVS

İtalyan şirkəti “TVS” – mətbəx üçün yanmayan örtüyə malik alüminium qab-qacaq istehsal edən dünya şöhrətli şirkətlərdən biridir. “TVS” şirkətinin adı texnologiya (Technology), müxtəliflik (Versalitata) və tərz (Style) kimi prinsipləri özündə əks etdirir.

1968-ci ildən bəri “TVS” mütəxəssisləri gündəlik təcrübəni nou-hau ilə birləşdirir, ideyaları inkişaf etdirir və mətbəxlər üçün ideal qab-qacaq istehsal etmək məqsədilə getdikcə yeni-yeni layihələr hazırlayırlar.

Dizayner Alberto Meda zərif “Maestrale” qab-qacaq dəstini hazırladı. Bu qablar bənzərsizdir, yemək hazırlanmasında effektivliyi və çox yönlü olması ilə fərqlənir. Bu qablarda qaynatma, pörtlətmə, qızartma və xəmirlə bişirmə mümkündür. Bütün növ sobalar, o cümlədən induksion sobalar üçün yararlıdır.

Dizayner Takahide Sanonun layihəsi əsasında “Tenace İnduction” qab-qacaq dəsti hazırlandı. Bunlar sabit induksiya, isidilmə vaxtının azaldılması və enerjiyə qənaətin optimallaşdırılması üçün optimal istilik ötürülməsi kimi qabaqcıl texnologiyalar əsasında hazırlanmışdır. Nüfuzlu Platino qab-qacaq dəsti Harry Palladium tərəfindən xüsusi olaraq “TVS” şirkəti üçün hazırlanmışdır. Bu dəstə aid olan qablar klassik forması ilə seçilir, lakin tutacaqlar yenilikçi dizayna malikdir.

Tea dəstinin qabları qəşəng dizaynı və dayanıqlı yanmayan örtükyə malik olması ilə fərqlənir. Yanmayan “TopTek” örtüyü istifadə üçün əlverişlidir, həmçinin tərkibində nikel və PFOA olmadığına görə, sağlamlıq üçün təhlükəsizdir. İnduksiya sobaları istisna olmaqla, bütün növ sobalar üçün yararlıdır.

Orilinal “Hook” qablarının dizaynı Kərim Rəşid tərəfindən hazırlanmışdır. Polad tutacaqları olan bu bənzərsiz mətbəx dəsti induksiya sobaları üçün uyğundur. Qaz sobalarında istifadə edilə bilər.

Deco dəstinin qablarına heç kim laqeyd qala bilməz. Harry-Paulun bənzərsiz dizaynı. Ənənəvi yanmayan “Plustek” örtüyü əla xüsusiyyətlərə malikdir, bunun sayəsində o, istifadə üçün əlverişli olmaqla bərabər, həm də ondan istifadə edən şəxslərin sağlamlığı üçün də təhlükəsizdir.

Giugiaro tərəfindən hazırlanan dizayn özünəməxsus üslub və bənzərsiz formalardır. “Arco İnduction” dəstinə daxil olan mətbəx qabları sadəliyi, eyni zamanda da zərif olması ilə seçilir. Bütün növ sobalar, o cümlədən induksiya sobaları üçün yararlıdır.