AZ

TOGNANA

SEÇİLMİŞ MƏHSULLAR

Tognana

İtaliyada çini məmulatların geniş miqyaslı istehsalçısı olan "Tognana" fabriki Trevizo şəhərində yerləşir. 1775- ci ildə italyan ailəsi Tognana tərəfindən qurulan fabrik kərpic istehsalı ilə məşğul olsa da, 1946-cı ildən mayolika qablar buraxır və daha sonralar farforun istehsalı üzrə ixtisaslaşır.

Müstəsna keyfiyyətli xammal, yüksək texnologiyalar, çoxillik təcrübə və ciddi keyfiyyətə nəzarət sayəsində “Tognana” markasına aid olan çini materialın möhkəmliyinə və dizayn həllərinin orijinallığına tam zəmanət verilir.

“Tognana” markası ilə buraxılan farfor ciddi laboratoriya nəzarətindən keçirilir. Kimyəvi məişət vasitələri ilə sənaye tipli qabyuyan maşınlarında yuyulmasına, metal əşyaların aşındırıcı təsirinə və mexaniki davamlılığa dair aparılan sınaqlar nəticəsində əldə olunan əla göstəricilər məhsulun yüksək keyfiyyətinə zəmanət verir.

Bu gün “Tognana” – İtaliyada ictimai iaşə müəssisələri və evlər üçün çini qablar istehsal edən ən böyük istehsalçıdır.

İtalyan farforu həmişə əla tərzi və zərifliyi ilə fərqlənir, əşyaların qalınlaşdırılmış kənarları və xüsusi mina ilə minalanması intensiv istifadə, həmçinin qabyuyan maşında yuyulma nəticəsində qabların üzərində çatların yaranmasından qoruyur.

Mağazada təmsil Butikler