AZ

WMF GROUP

SEÇİLMİŞ MƏHSULLAR

WMF Group

1853-cü ildə dəyirman sahibi Daniel Straub, Schweizer qardaşları: Louis və Friedrich ilə birlikdə Almaniyanın Geislingen an der Steige şəhərində “Straub & Schweizer” metal zavodunu qurdu. Cəmi bir neçə il sonra, 1862-ci ildə onların gümüş örtüklü süfrə məmulatları və serviz qabları Londonda keçirilən dünya sərgisində fərqlənmə medalına layiq görüldü.

Altı il sonra Berlində satış üzrə ilk törəmə şirkət quruldu. 1880-ci ildə şirkət metal istehsalı müəssisəsi “Ritter & Co” ilə birləşərək “Württembergische Metallwarenfabrik” (WMF) yaratdılar. Lap başlanğıcdan şirkət öz məhsullarını mükəmməl ziyafətlər və mətbəx üçün yaratmışdır. Bu məsuliyyət onun bütün məhsullarında görünür və hiss olunur.

Hər gün dünyada 100 milyondan çox insan evlərində yemək hazırlamaq, bişirmək, yemək və içmək üçün “WMF”, “Silit” və “Kaiser” məhsullarını istifadə edir, yaxud da onlar WMF, Schaerer və ya Hepp məhsullarından istifadə edərək mehmanxana və iaşə obyektlərində hazırlanmış xüsusi qəhvələrdən və yeməklərdən zövq alırlar. “WMF” 160 ildən çoxdur ki, güclü ənənəyə çevrilmişdir.

Şirkət beynəlxalq miqyasda tanınınr, öz yenilikləri ilə standartları müəyyənləşdirir və bazarda mühüm ilham mənbəyidir. “WMF” hətta ən sərt dizayn standartlarına cavab verən yüksək keyfiyyətli, işlək və gözəl hazırlanmış məhsullar təklif edir.

Mağazada təmsil Butikler