AZ

WEDGWOOD

SEÇİLMİŞ MƏHSULLAR

Wedgwood

“Wedgwood” – İngiltərəli dulusçu və sahibkar Gosaya Vecvud tərəfindən 1 may 1759-cu ildə qurulmuş çini, nazik çini və lüks aksesuar istehsalçısıdır. Şirkət sürətlə uğur qazandı və tezliklə Staffordşayrda dulusçuluq sənayesinin ən böyük istehsalçılarından biri oldu. Bu şirkət Rusiya, Amerika və bütün Avropaya öz məhsullarını ixrac etməklə, Britaniyanın keramika sənətini tanıtmaq və nüfuzunu yüksətlmək üçün hər hansı bir istehsalçıdan daha çox iş görmüşdür.

Şirkət, xüsusən də, keyfiyyət baxımından çini ləvazimatlarının ən yüksək keyfiyyətlisi kimi qəbul edilən nazik çini və saxsı məmulatların istehsalında uğur qazanmışdır. “Wedgwood”, xüsusilə, "quru" saxsı məmulatları ilə tanınır. Bir çox digər rənglər istifadə edilsə də, kontrast rənglərdə, xüsusən də, "Wedgwood mavisi" rəngində və bəyaz rəngdə olan “Wedgwood” keramikası hər zaman ən populyar olmuşdur.

“Wedgwood” keramikası firma tərəfindən 1775-ci ildən bəri davamlı olaraq istehsal edilmiş və həm də çox təqlid edilmişdir. Wedgwood keramikasında yer alan əsas “Wedgwood” motivləri və digər minasız keramika məmulatları həmin dövrdə, xüsusən də, Böyük Britaniya imperiyasının genişləndiyi bir vaxtda öyrənilən və yenidən kəşf olunan qədim mədəniyyətlərin təsirinə məruz qalmışdı. Bir çox motivlər qədim Roma, Yunan və Misir mifologiyalarından ilhamlanırdı.

Mağazada təmsil Butikler