AZ

LLADRO

SEÇİLMİŞ MƏHSULLAR

Lladro

“Lladró” markalı çini məmulatlar 60 ildən çoxdur ki, mövcuddur. Şirkətin tarixi üç qardaş: Juan, Jose və Vincent tərəfindən ilk məhsulların Mavritaniya sobasında hazırlandığı 1953-cü ilə təsadüf edir.

“Lladro” əsərləri öz üslubu ilə tanınır: aydın xətlər; boz və bej-qəhvəyi rənglərə və pastel çalarların sonsuz ahənginə əsaslanan zərif və ciddi palitra; təsiredici və sentimental süjetlər.

50-ci illərin sonlarında Valensiya şəhərində ilk firma mağazası açılır, 60-cı illərdə isə, marka beynəlxalq bazara çıxaraq Kanada, ABŞ və Böyük Britaniyada çinisevərlərin sevgisini qazanır.

Kolleksiyaların yaradılması prosesinə Jaime Ayon, Bodo Sperline və başqaları kimi dünya şöhrətli rəssamlar, dizaynerlər və heykəltəraşlar cəlb edilirlər. Bir çox fiqurlar məhdud sayda hazırlanır və dünyada cəmi bir neçə nüsxədə mövcuddur

Mağazada təmsil Butikler

Effektiv istehsal və ticari imkanlarına baxmayaraq, «Lladro» bədii emalatxana olaraq qalmaqdadır.

Ətraflı

«Biz istəyirik ki, yaratdığımız işlər zərif, ekspressiv, həyat və duyğu dolu olsun. İstəyirik ki, məhsullarımız həyatın ən yaxşı tərəflərini əks etdirsinlər və müsbət insani dəyərləri göstərsinlər.

Ətraflı