AZ

RUBELLI

SEÇİLMİŞ MƏHSULLAR

Rubellı

Rubelli brendinin hekayəsi bir əsrdən də çox dövrü əhatə edir. Artıq beşinci nəsildir ki, bu brend əvvəllər olduğu kimi, indi də yenilikçi və yüksək statuslu məhsulları ilə tekstil dizaynında tendensiyaları müəyyən edərək, İtaliyada lider kimi tanınır və dünyada yüksək mövqe tutur. Venesiya irsinin və ənənəsinin bir hissəsi olaraq, tarixən qiymətli parçaların istehsalı ilə tanınan Rubelli, illər keçdikcə innovasiya naminə öz məhsul çeşidini genişləndirərək və müxtəlifləşdirərək, tendensiyalarla ayaqlaşa bilmiş və hətta onları üstələmişdir. Təbii və qiymətli liflərdən təşkil olunmuş qiymətli parçalar, həmçinin xüsusi ipliklərlə hazırlanmış texniki və alova davamlı materiallar, məsələn Rubelli brendinin müqavilə sifarişləri üçün, daha dəqiq desək, ən eleqant mehmanxana şəbəkələri, lüks spa salonları, yaxtalar və ən mənzərəli kruiz gəmiləri üçün istifadə etdiyi Trevira Cs materialı güc və mürəkkəbliyi özündə birləşdirməklə, mühüm əhəmiyyət kəsb edir. Rubelli kolleksiyalarının yaradılması prosesi daim yeni bir ilham qaynağı axtarışının nəticəsidir və yeni nəticələrin əldə edilməsi ilə zənginləşən şirkət kitabxanasının və ya tarixi arxivin materiallarına əsaslanır.

Mağazada təmsil Butikler