AZ

Butik ünvan

28 May küç., 2A, Bakı

Bazar ertəsi – Şənbə — 10.30–19.30
Bazar — 11.30–17.00
+994 (12) 493-89-29

SAAT TƏMİRİ

Məsləhətçimizin verdiyi tövsiyələrdən əlavə olaraq, Sizə tam xidmətlərdən yararlanmağı təklif edirik. Saatınızın mexanizmi mükəmməl işlək vəziyyətə gətiriləcək və beləliklə, ondan bir Cartier məhsulunun verdiyi bütün zövqü ala biləcəksiniz.

Tam xidmət çərçivəsində Cartier-in kompleks yoxlanışı aparılır. Bu yoxlanışın orta hesabla beş ildə bir dəfə aparılmasını tövsiyə edirik.

Cartier saat ustası aşağıdakı işləri görəcəkdir: saatın tam sökülməsi, korpusun və metal qolbağın təmizlənməsi (əgər varsa), mexanizmin tənzimlənməsi, müxtəlif yekun yoxlamalar, saatın yığılması.

Zədələnmiş komponentlərin dəyişdirilməsi (siferblat, şüşə, tac, metal bilərzik və s.) tam xidmətin ödənişinə daxil deyil. Dəyişdirmə əlavə ödəniş və Sizin razılığınızla həyata keçirilir.