AZ

Heritage

Cartier

"Kralların zərgəri və zərgərlərin kralı," bir zamanlar Uelsin Şahzadəsi olan, gələcəyin Kralı VII Edvard Kartyeni belə adlandırmışdı; bu bənzətmə bu gün də istifadə olunur.

Brendin əsası 1847-ci ildə Lui-Fransua Kartye tərəfindən qoyulmuşdur. Onun nəvələri Lui, Pyer və Jak Cartier-i Parisin zərgərlik butikindən bütün dünyada tanınan bir brendə çevirdilər. Tezliklə brend 1860-cı illərdə platiniumdan zərgərlikdə istifadə etməsinə görə “qabaqcıl” adını qazandı.

Şirkətin novatorluğu təkcə zərgərlik əşyalarında öz əksini tapmırdı; Cartier-in yüksək saat sənəti 19-cu əsrin zərgərlik saatlarından müasir qol saatlarına qədər təkamül yolu keçmiş və bütün bu müddət ərzində indiyədək Cartier saatlarının mərkəzində duran ənənəvi qaydaların əsasını qoymuşdur.

  • Ustalıq və Brilyantlar
  • Cartier məhsulları üçün zərif keyfiyyətləri, yəni karat, rəng, saflıq və taraşlanma kimi  4 əsas göstəricini özündə birləşdirən ancaq ən nadir almazlar seçilə bilər.

  • Saatçılıq Sənəti
  • 2017-ci ildə 100 illiyini qeyd edən “Tank” ən populyar saatlardan biridir; “formalaşmış” tərzin simvolu olan bu saatın dəbli cizgiləri 1917-ci ildə Lui Kartye tərəfindən yaradılmış orijinal cizgilərlə eynidir.

Le Panthère

Cartie-nin simvolu panterdir; 1914-cü ildən bəri bu simvol qol saatlarının qayışlarına, qadın çantalarına da həkk olunur. Brendin klassik məhsullarından biri də 152 karatlıq taraşlanmamış yaqutun üzərində platin panter fiquru ilə bəzədilmiş broşdur.