AZ

  • Mənzil А

  • Mənzil B

  • Mənzil C

  • Mənzil D

  • Mənzil G

  • Şəkillər

Layihə haqqında

BayilBay

Layihə haqqında

“Bayil Bay” 17 mərtəbəli, çoxfunksiyalı, ümumi sahəsi 34000,2 m2 olan yaşayış binasıdır.

Binanı və onunla bağlı bütün memarlıq həllərini, o cümlədən bir sıra mənzilləri istedadlı italyan memarı və dizayneri, "təbii minimalizm" məktəbinin banisi Mauro Lipparini layihələndirmişdir.

"Bayil Bay" layihəsini yaradarkən Lipparini bu seçmə yaşayış məskənini rahat və arzu olunan məkana çevirə bilmək üçün hər nüansı nəzərə almağa çalışmışdır.

Tam təmirdən çıxmış, mebeli quraşdırılmış apartamentlərin satışı bu gün bütün dünyada geniş yayılmış praktikadır. Daşınmaz əmlak bazarı hələ "gənc" olsa da, artıq dəyişikliklərə meyllilik nümayiş etdirir. Bizim mənzillərin alıcıları gəlirlilik və maddi rifah halı kifayət qədər yüksək, həyatda fəal mövqe tutan, pozitiv və ambisiyalı insanlardır. Belə insanlar daima üzləşdiyi bir çatışmazlıq var ki, o da vaxtın azlığıdır. Layihənin apartamentləri tam təmirli və mebeli, o cümlədən qarderob otağı, şkafları, mətbəx mebeli və sanitar qovşağı quraşdırılmış vəziyyətdə satışa çıxarılır. Hər bir dizayn həlli patentləşdirilmişdir.

Bu müstəsna, tamamilə innovativ və unikal əsəri İtaliyanın üç aparıcı memar - dizayneri yaratmışdır: Mauro Lipparini, Massimo Yoza Qini və Mikele Markon.

Binanın konstruktiv elementləri dəmir-beton, monolit daşıyıcı sütunlardan, dayaq tirlərindən, mərtəbələrarası örtüklərdən və diafraqma, yəni möhkəm özək funksiyasını yerinə yetirən monolit dəmir-beton divarlardan ibarətdir.

ŞAQULİ MEŞƏ

“Bayıl Bay” yenilənən və inkişafda olan şəhərimizə əlavə lətafət verən vahə, yaşıl zonadır.

"Şaquli meşə", sadəcə beton binanın bitki əkilmiş naxışlı dibçəklərlə bəzədilməsi ilə məhdudlaşmayan konseptdir. O, küləyə müqavimət xarakteristikalarına görə seçilən, gün işığı ilə rütubətdən maksimum faydalanacaq qaydada yerləşdirilən bitki növlərindən formalaşdırılmış əsl meşədir. Nəticədə xarici görünüşünü ilin fəslinə görə dəyişən, sözün əsl mənasında, insanı valeh edən tikili alınmışdır. Bütün bitkilər, habelə onların binanın hüdudları daxilində yerləşdiyi nöqtələr son dərəcə diqqətlə seçilmişdir. Yazın çiçəyi, yayın yaşıllığı və payızın qızılı rəngi özünəməxsus, dinamikliyi ilə fərqlənən dekorasiya yaradır.

Mahiyyət etibarı ilə bina bütöv bir şəhərin ekologiyasını zənginləşdirən qapalı ekosistem olacaqdır. Yaşıl massiv yalnız estetik və ekoloji baxımdan üstünlük vermir.

Bu tikili, sadəcə monumental və füsunkar yaşayış evi deyil, həm də hər bir sakin üçün sağlam mikroiqlim yaradaraq şəhərimizin ekologiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdıran binadır. Onun bu baxımdan faydalı funksiyalarına misal olaraq, oksigenin bərpasını, şəhərin havasının çirk və tozdan təmizlənməsini, daxili məkanlarda işıqlanmanın və rütubətin təbii yolla tənzimlənməsini, küləyin gücünün azalmasını və radiasiya fonunun minimum səviyyəyə endirilməsini göstərmək olar.

Fasad işləri:

Ventilyasiya olunan fasad sistemi (materialın birbaşa divara deyil, karkasa bərkidildiyi xüsusi üzləmə üsulu ilə çəkilən fasad) özündə istilik izolyasiyası sistemi, rütubətə və nəmə qarşı örtük ehtiva edir.

Fasad yüksək keyfiyyətli, “Ariostea” brendinə məxsus keramoqranit lövhələrdən çəkilmişdir.

"Ariostea" fabriki yüksək keyfiyyətli, premium kateqoriyalı və mərmər, əhəngdaşının müxtəlif növləri, daş, ağac kimi təbii materialları dəqiq imitasiya edən keramoqranit materialların istehsalı üzrə ixtisaslaşmışdır.

"Ariostea" brendi ancaq ən keyfiyyətli, zərif estetik görünüşü olan məhsullar təklif edir. Keramoqranit həm də təhlükəsiz, ekoloji baxımdan təmiz materialdır. Ondan hazırlanan fasad lövhələri daha möhkəm olması, eləcə də vaxt keçdikcə aşınmaya, şaxtaya, aqressiv kimyəvi maddələrin və rütubətin zərərli təsirinə qarşı dayanıqlılığı ilə seçilir (bu, açıq hava altında qalan fasad materialları üçün xüsusilə vacib cəhətdir).

Ağacı imitasiya edən kompozit lövhələr: ALPOLICTM aluminum / MITSUBISHI POLYESTER FILM GmbH

"SCHUCO" profilləri

Binanın bayırında fasad konstruksiyaları olaraq özündə mükəmməl dizaynın, yüksək keyfiyyətin və innovativ texnologiyaların ahəngdar vəhdətini təcəssüm etdirən "SCHUCO" profil sistemlərindən də istifadə olunmuşdur.

"SCHUCO" profilləri istiliyi əla qoruyub saxlayır ki, bu da enerjiyə qənaətlə bağlı müasir tendensiyalar baxımından mühüm rol oynayır.

Aparılmış sınaqların nəticələrinə əsasən firmanın profillərini çərçivə materiallarının birinci qrupuna (DIN4108) aid etmək olar. Bu isə istilik izolyasiyasının mükəmməlliyinə zəmanət mahiyyətindədir.

"Guardian" şüşələri – qüsursuz memarlıq həlli.

"Guardian Glass" firmasının məhsulları öz funksionallığı, keyfiyyəti və estetik cazibədarlığı ilə fərqlənir.

Binaların ideal, mühəndislik və dizayn işində qabaqcıl ideyaların təcəssümü hesab ediləcək dərəcədə ideal şüşələnməsi təmin olunur. Bu şüşələr günəş şüalarına qarşı qoruma və istilik izolyasiyası kimi kateqoriyalar üzrə optimal göstəriciləri ilə seçilir. İlin bütün fəsillərinə uyğun, məkanların isidilməsi və ya sərinlədilməsi ilə bağlı enerji xərclərinə qənaət etdirən mükəmməl memarlıq həlli.

Səs izolyasiyasının, zərbəyə qarşı dayanıqlılığın gücləndirilməsi, eləcə də ən ciddi tikinti norma və qaydalarına uyğunluğun təmin olunması üçün "Guardian" şüşələri istehsal zamanı laminasiya və bərkitmə prosesindən keçirilir.

Binanın yan tərəflərində fasad çoxlaylı fasad şüşələrindən çəkilmişdir. Bu, estetik nöqteyi-nəzərdən cazibədar olmaqla yanaşı özündə istiliyin qoruyub saxlanması və günəş şüalarına qarşı müdafiədən tutmuş təhlükəsizlik və etibarlılıq kimi xüsusiyyətləri birləşdirən mükəmməl funksionallığı təmin edir.

Fasadın şüşələnməsində işlədilən profillər və şüşələmənin düzgün aparılması / ən yaxşı konstruktiv elementlərin seçilməsi (son dərəcə nazik profillər və düzgün şüşə seçimi) binanın layihə konsepsiyası ilə çox gözəl uzlaşır.

İNFRASTRUKTUR

Binanın birinci zirzəmi mərtəbəsində parklanma yerlərinin ancaq sakinlər üçün ayrıldığı yeraltı qaraj yerləşir. Burada həmçinin ixtisaslaşmış yuma sexi və elektromobillərin akkumulyatorunun doldurulması üçün xüsusi zona, eləcə də texniki otaq nəzərdə tutulmuşdur.

Binanın birinci, ikinci və üçüncü mərtəbələrində kommersiya təyinatlı sahələr yerləşir.

Sakinlər üçün əsas giriş üçüncü mərtəbə səviyyəsində, Bayıl qəsəbəsinə baxan tərəfdə yerləşir.

Dördüncü mərtəbədə "Haute Cuisine” ( yüksək mətbəx) konseptli, dəbdəbəli terrasları və Bakı körfəzinin gözəl mənzərəsini seyr edə biləcəyiniz restoran sahəsi yerləşir.

Beşinci mərtəbədə aşağıdakı sahələrin olduğu və xidmətlərin göstərildiyi sakin klubu nəzərdə tutulmuşdur:

Müxtəlif yaş qruplarına (1 - 5, 5 - 10, 10 - 15 yaş) aid uşaqlar üçün idman, oyun və əyləncə zonaları

1. Qaçış zolaqları

2. Kiçik basketbol meydançası

3. Dırmanma (alpinist) divarı

4. Oyun meydançası (ZUM üslubunda)

5. Ayrı-ayrı sanitariya qovşaqları

İdman klubuna aşağıdakı zonalar daxildir:

1. Sakin klubunun qəbul şöbəsi

2. Pilates və yoqa studiyaları ya da sinifləri

3. Hər birinin öz sanitariya qovşağı və duş otağı olan iki masaj kabineti

4. Peşəkar kardio və güc trenajorları ilə təchiz olunmuş fitnes zalı

5. Qadınların və kişilərin paltar dəyişməsi üçün şkaflarla, sanitariya qovşaqları və duş kabinaları ilə təchiz edilmiş iki otaq

6. Şərq hamamı və ya yaş buxarlı buğxana

7. İstirahət zonası (relaks)

8. "Sport" vitamin barı

9. Gözəllik salonu / kosmetik qulluq zonası

Layihənin mühəndisi-texniki şəbəkəsi

Özündə elektrik enerjisi hasil edən avadanlığı, transformator stansiyasını birləşdirir. İsitmə, ventilyasiya və kondisioner sistemi, su xətti və kanalizasiya, habelə qazanxana, çiller və nasos otağı nəzərdə tutulmuşdur

BAYILBAY

tel:  (+994) 50 409 0400
tel:  (+994) 12 409 0400
Qurban Abbasov küçəsi, 5



loading map...





Xəyalların gətirdiyi məkan

Ferrari Muzeyinin memarı Gini bir çox tanınmış italyan markaları üçün korporativ tərzin müəllifidir.

Ətraflı

"Minimalizm üslubunda işləyərkən əsas məqsəd materialın keyfiyyəti, cizgilərin dəqiqliyi və formaların aydınlığıdır,"- deyə Mikhele Markon deyir.

Ətraflı

Mauro Lipparini Florensiya Universitetində fəaliyyət göstərən professor və müasir memarlıq sənətinin ustasıdır. Bu italyan peşəkarına ən müxtəlif janrlar və miqyaslar tabedir.

Ətraflı