AZ

ID AGROPARK

Cədvəl

Əlaqə

Kənd Təsərrüfatı və İstehsalat

Ətraflı
ID AGROPARK – 2015-ci ildə ITALDIZAIN tərəfindən yaradılmış, diversifikasiya olunmuş kənd təsərrüfatı müəssisəsidir. 
Şirkət kənd təsərrüfatına perspektiv yanaşma tətbiq edərək, yüksək keyfiyyətli istehsal və xidmət təqdim edir. 
Şirkətimizin başlıca dəyərləri - məhsulun keyfiyyəti və müştəri məmnunluğudur.
Şirkətin qısa müddətdə əldə etdiyi böyük uğurun əsasını, kənd təsərrüfatı və becərmə sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssislərin, güclü müasir texniki bazanın və qabaqcıl dünya texnologiyalarının tətbiqi təşkil etmişdir.


ID AGROPARK kənd təsərrüfat layihəsinin ümumi sahəsi 7 min hektar xam torpağı tərtib edir. Layihə heyvandarlıq təsərrüfatları, nar və badam bağları, pambıq, günəbaxan, qarğıdalı, arpa, buğda, soya, həmçinin istixana sahələrindən ibarətdir. Şirkət ekoloji sahə drenaj sistemləri və yüksək keyfiyyətli kənd təsərrüfatı avadanlıqları təqdim edərək, ekolojı cəhətdən təmiz məhsulların daha yaxşı keyfiyyət və dadı ilə bitməsini təmin edir.