AZ

Haqqımızda

“İllərin təcrübəsi, xidmət keyfiyyəti və dünyanın aparıcı brendləri ilə etibarlı tərəfdaşlıq. Bütün bunlar iyirmi üç il ərzində bizim əldə etdiklərimiz və uğurumuzun sirridir.”


Elçin Zeynalov, ITALDIZAIN şirkətinin Baş İcraçı Direktoru


Mənim üçün, dəbdəbə bir fəlsəfə olaraq, mükəmməlliyə can atmaqdır. İlk butikimizi 1996-cı ildə açarkən məqsədimiz limitləri sevməyən müştərilərlə uzunmüddətli münasibətlər qurmaq idi. Müştərilərin həyat tərzinin bütün aspektlərinə yüksək keyfiyyət standartlarını gətirmək məqsədilə, ev və interyer, saat və zinət əşyaları, eləcə də istehlak malları üzrə lüks və dinamik pərakəndə satış sektorlarında geniş çeşidli xidmətlər təklif etmişik. Bu gün ITALDIZAIN korporativ mükəmməllik ənənələri ilə fəaliyyət göstərir və pərakəndə satış, mehmanxana biznesi və kənd təsərrüfatı kimi sahələrdə həyata keçirdiyi fəaliyyətlərdə müştəri gözləntilərini üstələyir.


Bizim komandamız müştərilərin dəyişən istəklərinə hər zaman uyğunlaşmağa və yerli miqyasda yenilik və inkişaf lideri olmağa hazırdır. Biz yeni açılmış Alış-veriş üzrə Şəxsi Məsləhət Mərkəzi və Həyat tərzi üçün Dizayn Studiyası vasitəsilə 2020-ci ilə qədər müştərilərimizin çeşidli istəklərini həyata keçirmək istəyirik. Biz həmçinin, Distributor Departamenti olan ilk Pərakəndə Satış Qrupu olmaq istəyirik və ümid edirik ki, bu, pərakəndə satış müəssisələrinin bazardakı davranışlarında və prioritetlərində dəyişiklik edəcək. Mən həmçinin, Azərbaycan istehlakçısının davranışlarında inqilabi dəyişikliklər edəcək və yerli biznes müəssisələri üçün tamamilə yeni bir bazar açacaq E-Kommersiya layihəmiz barəsində çox nikbinəm.


Biz bütün təmas mərkəzlərimizdə Beş Ulduzlu Xidmət Standartı tətbiq edirik və unikal təcrübə üçün rahat məkanlar təqdim edirik. Mən qürur hissi ilə deyə bilərəm ki, genişlənməkdə olan müştəri bazamız bizim xidmətlərimizdən zövq alırlar və bazarda təklif etdiyimiz ən yaxşı məhsullar onların gözləntilərini üstələyir. Növbəti beş il üçün məqsədimiz öz xoşbəxtliyimizi müştərilərlə bölüşməkdən və brendin mükəmməlliyini qoruyub saxlamaqdan ibarətdir.


Elçin Zeynalov

Baş İcraçı Direktor