AZ

Massimo Iosa Ghini

Ferrari Muzeyinin memarı Gini bir çox tanınmış italyan markaları üçün korporativ tərzin müəllifidir. O, “Alitalia” istirahət salonları, “Esselunga”, “Superlega”, “Infostrada” ofisləri və mağazaları və s. inşa edir. “Gini” adı ”Ferrari” markası ilə sıx bağlıdır: memar Maranelloda markanın muzeyini, Serravalle Scrivia fabrikindəki flaqman mağazasını və Milan flaqmanı da daxil olmaqla hər gün minlərlə insanın ziyarət etdiyi markanın bütün dünyada butiklərini dizayn etmişdir.

Good Design Award, Roscoe Award, IAI Green Design Award, Marconi Award, iF Product Design, Red Dot Award kimi beynəlxalq mükafatlar laureatıdır.

La Sapienza Universitetində (Roma), Ferrara Universitetində və Honq Konq Texniki Universitetində professor vəzifəsini icra edir.

 

    Massimo dövrümüzün parlaq dizayneri və memarıdır, avanqard bolidizm hərəkatının banisi və “Memfis” qrupunun üzvüdür., “Snaidero”, “Bonaldo”, “Cassina”, “Flou”, “La Murrina” və s. kimi məşhur markalar üçün uğurla çalışır.

 

    Görkəmli memar və dizayner Massimo Joza Gini Bayil Bay mənzillərinin interyeri üzrə tərəfdaşlarından və müəlliflərindən biridir.