AZ

Mauro Lipparini

Mauro Lipparini Florensiya Universitetində fəaliyyət göstərən professor və müasir memarlıq sənətinin ustasıdır. Bu italyan peşəkarına ən müxtəlif janrlar və miqyaslar tabedir. “Studio Lipparini” layihələrinin coğrafiyası Bakıdan Tokioya, Şanxaydan Yekaterinburqa qədər genişdir.

Müasir memarlıq ustası və Bakının gözəlliyinə aşiq olan möhtəşəm dizayner Mauro Lipparini “Bayil Bay” klub evinin tikinti layihəsi barədə təklifi çox həvəslə qarşıladı.

Mauro zəmanətli premium nəticəyə və məhsulun texnologiyasına görə qiymətləndirilir.

   
“Studio Lipparini” memarlarının layihələrinin tam siyahısı deyil: “Grosseto” Olimpiya stadionunun qapalı tribunasının layihəsi, Florensiya yaxınlığındakı “Dema” fabrikləri kompleksi, Elba adasında və Amanda lüks villalar, Yaponiyadakı yaşayış evləri və kompleksləri, Qambassi şəhərində (İtaliya) “Poggio all'Aglione” şəhər parkı, Şanxaydakı ”Royal Garden” yaşayış kompleksi. 

Universal memarlıq təhsili və fitri istedad müasir memarlıq ustasının taleyini əvvəlcədən müəyyənləşdirmişdir və o, memarlıq layihələri və lüks mebel layihələri ilə yanaşı, həm də fərdi interyer dizaynları yaratmağa başlamışdır.

“Biz dizaynerlər insanların nə istədiklərini onlar bu barede düşünməzdən əvvəl hiss etməliyik.”