AZ

Michele Marcon

"Minimalizm üslubunda işləyərkən əsas məqsəd materialın keyfiyyəti, cizgilərin dəqiqliyi və formaların aydınlığıdır,"- deyə Mikhele Markon deyir.

Sizə mükəmməl dizayner və mütəxəssisi, məşhur İtalyan markaları “Milldue”, “Snaidero” və s. üçün layihə və mebel dizaynlarının müəllifini, yüksək keyfiyyət və təbiilik axtaran ən tələbkar müştəriləri məmnun edə bilən bir şəxsi təqdim edirik. Dizayner təbii və ekoloji cəhətdən təmiz materiallara üstünlük verir: əl işləməsi olan taxta, təbii dəri, güzgülü səth. Bu, alıcılarda səthə toxunmaq və istədiklərini əldə etmək arzusu yaradır.Mikele Markon qrafik sənəti mənimsəmişdir ki, bu da sonradan onu sənaye və interyer dizaynını öyrənməyə şövq etmişdir. 

Təhsil ilə paralel olaraq, o, sərgi stendlərinin və vitrinlərin işlənib-hazırlanması ilə məşğul olmuşdur. Markonun məşhur italyan dizayner Lino Kodato ilə əlamətdar görüşü onun tərcümeyi-halında dönüş nöqtəsi olmuşdur. Onu Trevisodakı LCC Italia studiyası ilə 20 illik sıx və məhsuldar əməkdaşlıq bağlayır. 2008-ci ildə dizayner "sərbəst üzməyə" başlayır və studiya ilə frilanser olaraq əməkdaşlığı davam etdirir. İtaliyanın Milldue şirkəti üçün əməkdaşlığın başlanğıcı həmin vaxta təsadüf edir.

Ultramüasir dizayn və fərdi yanaşma - eksklüziv olaraq“Bayil Bay” üçün.