AZ

«Lalique» brendinin büllur qaranquşları

19 Avqust 2019 18:31

Əsası 1888-ci ildə qoyulmuş «Lalique Evi» 130 illik yubileyini qeyd edir və aksesuar və qablardan ibarət yeni kolleksiyasını buraxır. «Lalique Evi»nin 130 illik yubileyinin şərəfinə «LALIQUE» şirkətinin dizaynerləri eyni vaxtda şəffaf motivli – qaranquş fiquruna malik bir neçə əşya təqdim etmişlər. Premyera yanvar ayında şirkətin «öz vətənində» – Parisdə «Maison&Objet» sərgisində keçirilmişdir. Bu kolleksiyanın ilham mənbəyi brendin əsasını qoymuş, rəssam, zərgər, heykəltəraş və XX əsrin ilk yarısında fransız sənət tarixində əsas fiqurlardan biri olan Rene Lalikin eskizləri olmuşdur.

Sənətkarın tarixi eskizlərinə əsasən hazırlanmış vaza 130 nüsxədə buraxılmışdır və artıq indidən əntiq əşya olacağı şübhəsizdir.

İstehsalın əsası Rene Lalik tərəfindən 1921-ci ildə Elzasın Wingen-sur-Moder kəndində qoyulmuşdur və bu gün də orada yerləşir. Məhsulların əksəriyyəti sənətkarın dövründə olduğu kimi, hələ də «itirilmiş mum» texnologiyası ilə hazırlanır. Lalikin «öz» vazasındakı qaranquşlar qızıl suyuna salmaq texnikası ilə hazırlanmışdır. Bu əşya bütün kolleksiyanın ürəyi və dönüş nöqtəsidir. Qızıl suyuna salınmış qaranquşlar dekanterin tıxacını da bəzəyirlər. Kolleksiyanın qalan əşyaları isə, mavi sapfir, ya da ağ rəngli mat və şəffaf büllurdan hazırlanmışdır.

Bu kolleksiyanı yaradarkən dizaynerlər düşünmüşlər ki, qaranquş bahar, xoşbəxtlik və azadlıq simvoludur. Rene Lalik üçün müqəddəs olan süjetlər - flora, fauna və qadın bədəninin rəvan formaları bu kolleksiyada müasir təcəssümünü tapmışdır. Hər zaman olduğu kimi, «LALIQUE» kolleksiyasında yer alan hər bir əşya dolğundur: bu, interyerin əsas sənət obyektidir, ancaq eyni zamanda bir neçə əşyadan plastik kompozisiyaların hazırlanması imkanına malikdir. Bu əşyalar «nadir kolleksiyanın» başlanğıcı və ya davamı ola bilər.

Kolleksiya ilə «Ambiance» butikində tanış olmaq olar.