AZ

«Yves Delorme» dən möcüzəvi dəst

28 Fevral 2019 10:10

«Merveilleuse» satin dəsti – Fransa inqilabı (1789-99 il) zamanı Incroyables (Heyrətamiz) və Merveilleuses (Möcüzəvi) üsyankar gənclər hərəkatı tərəfindən yaradılmış qeyri-adi və parlaq dəbin yenidən işlənib-hazırlanmış nümunəsidir. Onun tərəfdarları siyasi görüşlərində oduğu kimi, öz geyimlərilə də fərqlənirdilər. Onlar kral XVI Lüdovikin saray əyanlarının paltarlarına bənzəyən həddən artıq dəbdəbəli əlbisələr geyinməklə, təmtərağın əleyhinə olduqlarını nümayiş etdirirdilər.

«Yves Delorme» emalatxanasının sənətkarları bir aydan çox müddət ərzində ağappaq «Merveilleuse» yataq dəstini XIX əsrin əvvəlində dəbdə olan çini güllərdən ; pariklərə taxılan qızılı kirşan səpilmiş tellərdən, Şantilye adlı incə fransız krujevasından təsirlənərək abstrakt rəsmlərlə bəzəməklə işləyib hazırlayırlar. Pambıq materialdan olan ağ torun üzərinə ağ pambıq və yumşaq qızılı saplarla naxışlar vurulmuşdur. Naxışın işlənməsində əl işinə məxsus xüsusiyyətlər nəzərə çarpır.