AZ

CARTIER

Cartier

Aksessuarlar

2008-ci ildə qapılarını açan Cartier butiki, 1847-ci ildə Louis Francois Cartier tərəfindən təsis edilən dünya şöhrətli fransız brendinin təqdim etdiyi möhtəşəm zinət əşyaları, saatlar, çantalar və digər aksessuarlar və suvenirləri təklif edir. Cartier Evinin yaratdığı xüsusi zinət əşyaları və aksesuarlar ən yüksək sənətkarlıq, zəriflik və üstün keyfiyyətin rəmzidirlər. Butikdə həmçinin ətirlər təqdim olunur.

Ətraflı

CHOPARD

Chopard

Aksessuarlar

Chopard butiki, artıq uzun illər boyu insanların ürəklərini fəth edən dünya şöhrətli brenddən füsünkar zinət əşyaları, saatlar, kişi və qadın aksessuarları, çantalar, həmçinin ətir xəttlərini təklif edir. Şəhərin mərkəzi hissəsində yerləşən Chopard butiki gözəllik və təmtərağın əsl həvəskarları üçün diqqət mərkəzidir.

Ətraflı

ELLUXUS

Elluxus

Saat

Elluxus saat və zinət əşyaları brendlərinin geniş seçimini təqdim edən böyük bir konseptual butikdir. Zinət əşyaları və qiymətli saatların füsünkarlığını gözəl dizayn və zərif işıqlandırma ilə ifadə edən həmin butik, mükəmməl qiymətli daşlar və etibarlılığı ilə tanınan dünya şöhrətli saat brendləri üçün mərkəzdir.

Ətraflı

GRAFF

Graff

Saat

GRAFF butiki müstəsna təbii xüsusiyyətlərinə malik olan qiymətli daşlar sayəsində dünyada şöhrət qazanan ingilis Zərgərlik Evinin istehsal etdiyi füsünkar zinət əşyalarını təqdim edir. Butikdə dəbdəbəli zinət əşyaları, eləcə də təkrarolunmaz üslub və yüksək ifa etmə keyfiyyəti ilə məşhur olan saat modelləri təqdim olunur.

Ətraflı

ROBERTO COIN

Roberto Coin

Zərgərlik məmulatları

Roberto Coin butikində dünya şöhrətli zərgər və dizayner cənab Roberto Coin tərəfindən yaradılmış zərif zinət əşyaları təqdim olunur. Roberto Coin Zərgərlik Evinin təqdim etdiyi valehedici zinət əşyaları zərgərlik sənətinin əsl həvəskarları üçün nəzərdə tutulmuşdur. Butik füsünkar brilyantları ilə, rubinləri və digər qiymətli daşları ilə heyran edən zinət əşyalarını təqdim edir.

Ətraflı

ROYAL COLLECTION

Royal Collection

Aksessuarlar

Bakıda ilk zinət əşyaları və saat butiklərindən biri olan Royal Collection, təqdim etdiyi zinət əşyalarının füsunkar dizaynları ilə hər bir müştərinin ürəyini asanlıqla cəzb edə bilən bir butikdir. Royal Collection-da, füsünkar saat və zinət əşyalarının əsl həvəskarı olan hər kəs, dünyada aparıcı zərgərlərin əl işlərini əldə edib, özünü və ya sevdiklərini inanılmaz bir hədiyyə ilə sevindirə bilər. Şəhərin mərkəzində yerləşən Royal Collection butikləri, diqqətlə seçilmiş zərif məhsullar arasından  lüks alış etmək istəyən hər bir qonaq üçün ideal yerdir.

Ətraflı