AMBIANCE
Əgər siz yeni evinizi abadlaşdırmaq, interyeri yeniləmək, və ya yeni evlənənlər üçün mükəmməl bir hədiyyə əldə etmək istəyirsinizsə, Ambiance lüks butikində sizə lazım olan hər şeyi tapa bilərsiniz. Butikdə çini, gümüş və qızıl kimi gözəl materiallardan düzəldilən, eləcə də müxtəlif dizayn və üslubda olan hər cür gümüş və şüşə dəstləri təklif olunur.
ƏtraflıCARPETS BOUTIQUE
Carpets butiki əldə toxunmuş əfsanəvi İran (Fars) xalçalarının geniş çeşidini təqdim edir. Butikdə həmçinin kilimlər, ayaqaltı xalçalar və çərçivəyə salınmış xalça şəkilləri təqdim olunur. Şərq aləmində xalçasız heç bir evi təsəvvür etmək mümkün deyil, insanın rifahı isə onun evindəki xalçaların sayı ilə ölçülür. Artıq on ildən çoxdur ki, Carpets butiki üstün keyfiyyəti və gözəlliyi ilə seçilən xalça əsərləri ilə qonaqları və yerli əhalini cəlb etməyə davam edir.
ƏtraflıCOINCASA FOR IDEA
Coincasa for Idea, müxtəlif mebel, mətbəx və hamam üçün ləvazimatları təklif edən konseptual bir mağazadır. Coincasa-da təqdim olunan məhsullar öz dizayn və üslubu ilə İtalyan ev həyatını xatırladaraq, həm mağazaların, həm də evin içində gözəl və xoş mühit yaradırlar. Coincasa lüks keyfiyyəti və uyğun qiymətləri özündə birləşdirərək, müxtəlif brendlərin məhsullarını təklif edir.
ƏtraflıIDEA | CREATIVE SYSTEM
Idea mebel salonu Azərbaycanda lüks həyatın simvoluna çevrilmişdir. 1996-ci ildə açılan bu salon, dizayn, keyfiyyət, qiymət və məhsul silsiləsində özünü dövründən bir çox irəlidə mövqələnərək, müştərilərimiz üçün yadda qalan bir hadisə oldu. Şəhərimizin mərkəzi küçələrindən birində yerləşən mebel salonu ev üçün hər növ ləvazimat, o cümlədən işıqlandırma, tekstil və bəzək əşyaları, üzlənmə materialları, keramika və santexnika məmulatlarını təklif edir.
ƏtraflıMAISON DE LUXE
Maison de Luxe – dünyada öz məharətli kolleksiyaları ilə heyranlandıran, müasir evlər və beynəlxalq səviyyəli ən tanınmış restoranlarında istifadə olunan lüks çini, gümüş və şüşə məhsullarının lider brendlərini özündə birləşdirən ideal bir konseptual butikdir. Burada hər zövqə uyğun ənənəvi və ya müasir xarakteri daşıyan, yüksək keyfiyyətə malik olan füsunkar kolleksiyalar mövcuddur.
VILLEROY & BOCH
Alman brendini təmsil edən Villeroy & Boch butiki ev və mətbəx üçün gündəlik ləvazimatlar təklif edir. Villeroy & Boch-da təqdim olunan bütün məhsullar rahatlıq hissini yaradır. Müxtəlif şüşə və süfrə cihazlarından ibarət olan butikin çeşidi hər qida qəbulunu xüsusi bir hadisəyə çevirir. Villeroy & Boch butiklərində təqdim olunan ləvazimatlar yalnız yüksək keyfiyyətli deyil, həm də gündəlik həyatda da çoxtəyinatlıdırlar.
ƏtraflıYVES DELORME
Yves Delorme – müasir evlərdə gündəlik istifadə üçün hazırlanan yataq dəstləri, tekstil və digər ev ləvazimatlarını təklif edən konseptual butikdir. Biz yerli bazarda nümayiş olunan bilik və təcrübə, təklif etdiyimiz ən yüksək keyfiyyətli məhsullar və toxuculuq sənayesində ən son dünya tendensiyalarına riayət etmək bacarığı ilə müştərilərimizi heyran etməyə davam edirik. Bundan əlavə, Yves Delorme yataq, vanna və qonaq otağları üçün dəbli məhsulları təklif edir.
Ətraflı