AZ

AMBIANCE

Ambiance

Ev aksessuarları

Əgər siz yeni evinizi abadlaşdırmaq, interyeri yeniləmək, və ya yeni evlənənlər üçün mükəmməl bir hədiyyə əldə etmək istəyirsinizsə, Ambiance lüks butikində sizə lazım olan hər şeyi tapa bilərsiniz. Butikdə çini, gümüş və qızıl kimi gözəl materiallardan düzəldilən, eləcə də müxtəlif dizayn və üslubda olan hər cür gümüş və şüşə dəstləri təklif olunur.

Ətraflı

COINCASA FOR IDEA

Coincasa for IDEA

Tekstil

Coincasa for Idea, müxtəlif mebel, mətbəx və hamam üçün ləvazimatları təklif edən konseptual bir mağazadır. Coincasa-da təqdim olunan məhsullar öz dizayn və üslubu ilə İtalyan ev həyatını xatırladaraq, həm mağazaların, həm də evin içində gözəl və xoş mühit yaradırlar. Coincasa lüks keyfiyyəti və uyğun qiymətləri özündə birləşdirərək, müxtəlif brendlərin məhsullarını təklif edir.

Ətraflı

MAISON DE LUXE

Maison de Luxe

Tekstil

Maison de Luxe – dünyada öz məharətli kolleksiyaları ilə heyranlandıran, müasir evlər və beynəlxalq səviyyəli ən tanınmış restoranlarında istifadə olunan lüks çini, gümüş və şüşə məhsullarının lider brendlərini özündə birləşdirən ideal bir konseptual butikdir. Burada hər zövqə uyğun ənənəvi və ya müasir xarakteri daşıyan, yüksək keyfiyyətə malik olan füsunkar kolleksiyalar mövcuddur.

Ətraflı

VILLEROY & BOCH

Villeroy & Boch

Tekstil

Alman brendini təmsil edən Villeroy & Boch butiki ev və mətbəx üçün gündəlik ləvazimatlar təklif edir. Villeroy & Boch-da təqdim olunan bütün məhsullar rahatlıq hissini yaradır. Müxtəlif şüşə və süfrə cihazlarından ibarət olan butikin çeşidi hər qida qəbulunu xüsusi bir hadisəyə çevirir. Villeroy & Boch butiklərində təqdim olunan ləvazimatlar yalnız yüksək keyfiyyətli deyil, həm də gündəlik həyatda da çoxtəyinatlıdırlar.

Ətraflı