title

xFarhad Farzaliyev

product
title

Bütün dünyada ən qədim və məşhur brendlərdən biri olan “Bernardaud” lüks kateqoriyalı elit çini məhsulların istehsalı ilə məşğuldur. Brendin istifadə etdiyi çini material “kaolin” adlanan ağ gildən, eləcə də kvars və şpat minerallarından ibarətdir. Kaolin gili Fransanın Limoj əyalətində hasil edilir və buna görə də Limoj çini adlandırılır. Kaolin gili çini materialı möhkəmləndirərək ona qüsursuz ağ rəng verir, kvars mineralı isə çini materiala unikal parıltı və şəffaflıq əlavə edir. “Bernardaud” brendinin restoranlar üçün nəzərdə tutulmuş çini qab-qacaq məhsullarına dünyanın ən təmtəraqlı və dəbdəbəli restoran və otellərində rast gəlmək olar. Məsələn, dünyaca məşhur otel şəbəkələri – “Ritz”, “Carlton” və “Four Seasons”, o cümlədən Parisin ən dəbli və bahalı mehmanxanalarından biri - “Kost” (“Hotel Costes”) oteli məhz “Bernardaud” brendinin çini qab-qacağından istifadə edir.

Yarım əsrdən artıqdır ki, “Bernardaud” brendi istedadlı rəssamları əməkdaşlığa dəvət edir və nəticədə istedad, coşqun həvəs, ciddi konsepsiya və kollektiv yaradıcılıq ruhu çininin yeni formalarında özünü büruzə verir.

“Bernardaud” brendi ilə əməkdaşlıq edən dünyaca məşhur simalar arasında rəssamlar Kis Van Donqen və Bernard Bufet, eləcə də Sezar və Roy Lixtenşteyn, habelə tanınmış dizayner Raymond Loevi var. Çini məhsulun tarixində bu insanlardan hər birinin mühüm rolu olmuşdur.

tigers

Farhad Farzaliyev

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fərhad Fərzəliyev 2013-cü ildən etibarən “YAY” rəsm qalereyası və “YARAT” Müasir İncəsənət Məkanının müxtəlif layihələrində iştirak edir. O, instalyasiya, rəngkarlıq, fotoqrafiya, qrafika və musiqi ilə işləyir.

“ - Uğur arzuların reallığa çevrilməsinin sinonimidir və mən çox məmnunam ki, bir vaxt heyranı olduğum insanlar indi mənim yaxın dostlarıma çevriliblər. Hazırda mən bunu ən mühüm nailiyyətim hesab edirəm. Mənim üçün ən önəmlisi zaman çərçivəsi və digər məhdudiyyətlər olmadan yaratmaqdır”.

TIGER COLLECTION

Fransanın məşhur çini məhsul manufakturası “Bernardaud” öz tarixində ilk dəfə olaraq Azərbaycanlı rəssamla işbirliyi quraraq xüsusi məhsul hazırlayıb. Belə ki, 34 yaşlı Bakılı rəssam Fərhad Fərzəliyev “Tiger Collection” kolleksiyası çərçivəsində eksklüziv olaraq Azərbaycan üçün məhdud sayda rəsmlər çəkmişdir. Bu əməkdaşlığın simvolu rəssamın yaradıcılığında mərkəzi motivlərdən biri olan pələngin rəngarəng, cəlbedici, yaddaqalan və bir qədər də sürrealist obrazıdır. Məhdud kolleksiyaya iki fincan və nəlbəkilərdən ibarət dəst, eləcə də desert boşqabı, parç, nimçə və şamlar daxildir. “Bernardaud” - Fərhad Fərzəliyev əməkdaşlığı Azərbaycanın çoxşaxəli və canlı bədii irsini Fransanın çini məhsul manufakturasının tarixi ənənələri və filiqar sənətkarlığı ilə bir araya gətirir. “ITALDIZAIN” şirkətinin fəal iştirakı sayəsində baş tutan bu yaradıcılıq alyansı mədəniyyətlər arasında müasir dialoqun və tarixi irs ilə müasir incəsənətin ahəngdar vəhdətinin rəmzinə çevrilib.
tiger
circle

Şam

Fincanın forması çayın dadını və ətirini vurğulayır, incə kənarlarının sayəsində isə çay isti qalır.

Qiymət: 230 AZN

tiger
circle

FİNCAN

Bu böyük, həcmli fincan çay, qəhvə, isti şokolad, hətta şorba üçün mükəmməl qabdır.

Qiymət: 293 AZN

tiger

SİNİ 20х16 sm

Əsl dekorativ, həm də universal bir əşya. Bu xırda əşyalar üçün nəzərdə tutulmuş sini daima sevindirəcək hədiyyə ideyasıdır.

Qiymət: 435 AZN

tiger

Boşqab 21 sm

Bu boşqabı qəlyanaltıların, desertlərin, pendirlərin masaya təqdim olunması üçün istifadə etmək olar. Həmçinin mükəmməl hədiyyə də ola bilər.

Qiymət: 227 AZN

tiger
circle
tiger
circle

ÇAY FİNCANI NƏLBƏKİ İLƏ 150 ml

Fincanın forması çayın dadını və ətirini vurğulayır, incə kənarlarının sayəsində isə çay isti qalır.

Qiymət: 406 AZN

circle