LAYİHƏ HAQQINDA

“Xəmsə” layihəsi Azərbaycan memarlığını maestro Roberto Koinin aldığı ilham ilə birləşdirən körpüdür. Həmçinin, bu layihə “Roberto Koin” zinət əşyaları kolleksiyalarının unikal elementləri ilə Azərbaycandakı memarlıq obyektlərinin detalları arasında mövcud olan paralelləri araşdırır. Kolleksiyanın tarixi Azərbaycanın döyünən ürəyi olan paytaxt Bakı şəhərindən - ölkənin zəngin memarlıq irsinin yarandığı yerdən başlayır. Azərbaycanın ənənəvi memarlıq elementlərinin estetik cəhətləri mühəndislik konstruksiyalarının tərkib hissəsi olmaqla yanaşı, həm də mədəniyyətin özünəməxsusluğunu əks etdirən bədii elementlərdir. Xırda detallarda möcüzələrin sirri açılır - boyunbağılarda sütun kapitellərinin ornamental simmetriyası əks olunur, Azərbaycan florasından ilhamlanan mürəkkəb çiçək naxışları sırğaların zərif gül motivləri ilə səsləşir, fasadların “sınıq” həndəsi naxışları isə üzüklərin abstrakt həndəsi naxışlarını xatırladır.

4 Ilham pərisi

“Qadın gözəlliyi məni həyatımı kökündən dəyişməyə və Roberto Coin brendini yaratmağa ruhlandırıb. Gözəl və güclü Azərbaycan qadınları yalnız öz həyatlarını deyil, bütün dünyanı dəyişməyə qadirdirlər. Bu gün biz məni gözəllik yaratmağa və onu sizinlə paylaşmağa ruhlandıran gözəl qadınların hekayələrini dinləyəcəyik”

Roberto Koin

background

Roberto Coin

Roberto Coin brendinin tarixçəsi onun təsisçisinin taleyi kimi heyrətamizdir. 1996-cı ildə uğurlu bir italyan hotelçisi Roberto Koin özünün zinət əşyalarının yaradılması ilə bağlı arzusunu gerçəkləşdirmək üçün karyerasını tərk etmək qərarına gəlir. O La-Manş boğazında yerləşən Qernsi adasındakı şəxsi hotelini sataraq arzuladığı sənətin xırdalıqlarını öyrənməyə başlayır. Tezliklə dəb dünyası onu zərgərlik sahəsinin ən məşhur simalarından biri kimi tanıyır. Artıq Roberto Coin zinət əşyaları məşhur geyim dizaynerlərinin dəb nümayişlərində parlayır, onları Uma Turman, Nikol Kidman, Qvinet Peltrou, Şeron Stoun kimi sənət dünyasının ulduzları, Klaudia Şifer və Naomi Kempbell kimi modellər və müğənni Madonna və bir çox başqa tanınmış simalar taxır.

roberto

"Mənim üslubum üslublara dəyişiklik gətirməkdir. Mən əvvəllər heç zaman görmədiyim zinət əşyaları yaratmaq istəyirəm. Mən müxtəlifliyi sevirəm və qadınların fərqli görünməsi xoşuma gəlir. Mən müştərilərimə həmişə özləri üçün yenilik tapmaq imkanı verirəm”.

signature
roberto-coin

Bu zərgərlik məmulatlarının hər birində cəsarət, zəriflik və incəlik qiymətli daşların parıltısı ilə vəhdət təşkil edir. Onların hər biri unikaldır, lakin eyni zamanda hamısı brendin al-qırmızı yaqutdan ibarət bənzərsiz imzası ilə bağlıdır. Roberto Koin yaratdığı hər bir zərgərlik məmulatını al-qırmızı yaqutla bəzəyərək həmin zinət əşyasının gözəl sahibəsinə hədiyyə edir. Axı əfsanəyə görə, sahibəsinin dərisinə toxunan yaqut bütün həyatı boyu ona sağlamlıq, uğur və xoşbəxtlik gətirir. Hər bir zinət əşyasına verilən belə bir “sehrli” məna Roberto Koinin onun sənət əsərlərini seçən hər bir qadına sevgisinin əlamətidir.