Kolleksiyalar

BrendDupont

"S.T.Dupont” brendinin tarixi 1872-ci ildə III Napoleonun portretlərini çəkən məşhur rəssam Fransua Düponun gənc qohumu Simon Tisso Düponun Parisə köçməsi ilə başlayıb. O, Parisə gəldikdən sonra səyahətçilər üçün gözəl və keyfiyyətli dəri aksesuarlar istehsal edən şirkət qurdu. Brendin adı Düponun adının ilk hərflərindən yaradıldı. Düpon ucuz məhsullar istehsal etmək istəmirdi, buna görə istehsal zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə edirdi. “S.T.Dupont” brendinin yeniliklərindən biri istehsalı üçün tələb olunan xammalın çox az miqdarda təchiz edildiyi lak idi. Bu xüsusi lakın sirri ilin yalnız 4 ayı ərzində toplana biləcək inqrediyentlərdə idi. Lakın tətbiqi prosesi hələ də şirkət tərəfindən gizli saxlanılır. O, əvvəlcə səyahət çantalarında metal elementlərin minalanması üçün istifadə edilirdi. Ancaq hazırda brendin demək olar ki, bütün məhsulları onunla örtülür. 1952-ci ildə “S.T.Dupont” brendi dünyaya tamamilə yeni bir məhsul - alışqan təqdim etdi. Onun formasının prototipi Nyu-York göydələni idi. Alışqanın rəngi lakın sayəsində çox dolğun idi və qızılı, gümüşü və parlaq naxışlar isə ona əlavə parlaqlıq verirdi. Bu alışqanın istehsal prosesi son 60 ildə o qədər də dəyişməyib. Alışqan hələ də əl ilə işlənilir və istehsalın 600 addımının hər birində keyfiyyətə nəzarət edilir. 1972-ci ildə şirkətin məhsul çeşidinə yazı ləvazimatları da əlavə edildi. Birinci məhsul o dövrün əsas nailiyyətini, yəni "Konkord" təyyarəsini xatırladan gümüş qələm idi. Brend o vaxtdan qızıl, gümüş və platindən hazırlanmış, rəngli lak və qiymətli daşlarla bəzədilmiş, bunların sayəsindən uzaqdan diqqət cəlb edən qələmlərin istehsalı ilə məşğul olur. Tezliklə “S.T.Dupont” adı altında istehsal olunan qalstuk, zaponka, kəmər və digər aksesuarlar kimi zərgərlik məmulatlarında brendin çoxəsrlik qüsursuz zəriflik ənənələri yenidən canlandı. 1998-ci ildə brend kişi və qadın üçün ilk parfüm seriyasının istehsalına başladı. O vaxtdan brendin ətirləri duet şəklində istehsal olunur: "Essence Pure", "Passenger", "58 Avenue Montaigne", "Signature". Keçən əsrdə Böyük Britaniya, Danimarka və Siam kraliçaları, Vindzor hersoqları, Rotşild ailəsinin üzvləri, Patiala Maharacası və digər mühüm şəxslər “S.T.Dupont” məhsullarından istifadə edib.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə