Kolleksiyalar

BrendYves Delorme

“Yves Delorme” Fransanın ən qədim toxuculuq istehsalçılarından biridir. Brend altı ayda bir dəfə yenilənən üç üslubda yataq dəstləri hazırlayır. Yataq dəstlərində könüloxşayan klassik naxışlar, fransızsayağı zərif romantika tərzi və Paris moda həftələrinin ən son tendensiyalarına və dəb meyllərinə cavab verən unikal dizaynlar bir araya gəlir. İstehsal prosesini sıravi işçilərdən brendin sahiblərinədək hamı yaxından izləyir. Bunun sayəsində əl əməyi ilə ərsəyə gətirilən hər məhsul, hər parça qürur və fransız keyfiyyətinin simvoluna çevrilir. Parçalar üçün naxışlar yaradan istedadlı rəssamlar çiçək ornamentlərinin zamanın fövqündə durmasını, yalnız hamıya məlum olan klassik interyerlərdə deyil, hər mövsüm dəyişə biləcək müasir dizaynla birlikdə də möhtəşəm görünməsini sübut edə bilib. Hazırda “Yves Delorme” manufakturası ev üçün hər çeşiddə böyük və kiçik tekstil aksesuarları: süfrələr, yataq dəstləri, çimərlik və hamam dəsmalları, xalatlar və yeni doğulmuş körpələr üçün tekstil məhsulları istehsal edir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə