Baccarat x Notes - Experience four elements

Baccarat x Notes - Experience four elements

Fransız kristal Evi Baccarat, Notes Gastronomy & Bar ilə əməkdaşlığında dörd ünsürdən ilhamlanmış eksklüziv interaktiv kokteyl menyusunu təqdim edir


Xüsusi olan dörd kokteylin yaradılmasına kristal istehsalının ayrılmaz tərkib hissələri - torpaq, su, hava və od ünsürləri ilham verib.​ Hər bir kokteyl müəyyən bir ünsürü təmsil edir və Baccarat-ın dörd simvolik kristal qədəhlərindən birində təqdim olunur:

FIRE kokteyli — gücü və sabitliyi təcəssüm etdirən ifadəli kənarları olan Harmonie stəkanında təqdim olunur.​

AIR kokteyli — yüngüllüyü simvolizə edən qrafik silueti və cilalanmış ayağı ilə Vega Flutissimo Flutes qədəhində təqdim olunur.​

 WATER kokteyli — dadın incə çalarlarını vurğulayan Jean-Charles Boisset-in Passion Champagne qədəhində təqdim olunur.​


 EARTH kokteyli — kral Lui-Filipp üçün yaradılmış Harcourt 1841 Coupes qədəhində təqdim olunur. Bu qədəh bu gün də Yelisey və Versal saraylarında istifadə olunur.​




Maison de Luxe​
 28 May küçəsi, 5C​
 +994 51 201 92 97 • +994 12 493 20 59​
 @maison_de_luxe_baku