“Cehiz” layihəsi: nəsillərarası dialoq və Azərbaycanda cehiz mədəniyyətinin tədqiqi.
“ITALDIZAIN” şirkəti “Ambiance” butikində təqdim olunan “Herend”, “Moser” və “Greggio Greggio” brendlərinin dəstəyi və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlığı çərçivəsində Azərbaycanda cehiz ənənələrinin tədqiqinə həsr olunmuş “CEHİZ” LAYİHƏSİNƏ start verdiyini bəyan edib.
Azərbaycan mədəniyyətində “cehiz” məfhumu yeni ailə quran cütlüklər üçün hədiyyələrlə yanaşı, həm də ailə və qonaqpərvərlik kimi dərin köklü dəyərlərin rəmzi ifadəsidir. Cehiz mədəni irsi nəsildən-nəslə ötürən və hər bir insanın həyatında əlamətdar hadisə olan nikahın əhəmiyyətini vurğulayan keçmiş və gələcək arasında körpüdür.
Bu layihənin məqsədi cehiz ənənələrinin tədqiqi çərçivəsində toplanılan bilikləri yeni nəslə ötürməkdir.
“Cehiz” layihəsi mühazirələr, seminarlar və sahə tədqiqatları da daxil olmaqla, il boyu həyata keçiriləcək tədbirlər silsiləsini ehtiva edir. İştirakçılar cehiz ənənələrinin tarixi ilə yaxından tanış olmaq və bu sahədə mövcud olan təmayülləri müzakirə etmək, eləcə də öz düşüncə və təcrübələrini bölüşmək imkanı əldə edəcəklər.
İyunun 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Cehiz layihəsi” çərçivəsində “Dəyişməz klassika: Azərbaycan mədəniyyətində çini, büllur və gümüş məmulatlar” adlı ilk mühazirə keçirilib. Tədbirin məruzəçiləri qismində müxtəlif sahələr üzrə ekspertlər çıxış ediblər: Milli Azərbaycan Tarixi Muzeyinin Baş mühafizi Tarix üzrə fəlsəfə doktoru və dosent Məhfuzə Zeynalova, AMEA-nın Baş elmi işçisi Sənətşünaslıq üzrə fəlsəfə doktoru və dosent Telman İbrahimov və “FR Gallery & Studio” özəl qalereyasının həmsahibi Ruslan Hüseynov.
Mühazirə əsnasında iştirakçılar Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan eksponatların mənşəyi, Azərbaycanda artefaktların axtarışı üsulları, eləcə də əntiq əşya kolleksiyaçılığına olan marağın yenidən vüsət alması haqqında məlumatlar əldə ediblər. Həmçinin, mühazirə zamanı ailənin davam etməsinin və ailə tarixinin qorunub saxlanmasının rəmzi olan qədim qab-qacağın nəsildən-nəslə ötürülməsi ənənəsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. İştirakçılar müzakirələrdə fəal iştirak edib, ekspertlərə müvafiq suallar ünvanlayıblar.
Mühazirə zamanı Telman İbrahimov 19-cu əsrə aid müxtəlif qab-qacaq nümunələrinin akustikasını müqayisə edərək, çini qab-qacağın keyfiyyət baxımından qiymətləndirilməsi üzrə unikal metodu nümayiş etdirib. Tərkibində 50%-dən çox kaolin (ağ gil) olan çini məmulatın kənarına xəfif zərbə toxunuşu ilə uzun, aydın melodik səs eşidə bilərsiniz. Bu, yüksək keyfiyyətə dəlalət edir. Müqayisə zamanı Macarıstanın “Herend” firması tərəfindən istehsal olunan çini məmulatlar antik Çin qab-qacağı fonunda öz parlaq və aydın səsi ilə seçilirdi ki, bu da yüksək keyfiyyət və sənətkarlıqdan xəbər verir.
“AMBIANCE” butiki haqqında:
“Ambiance” butiki geniş çeşiddə müxtəlif dizayn və üsluba malik qab-qacaq və dekor əşyalarını təqdim edir. Burada siz həm eviniz, həm də süfrə düzümü üçün, eləcə də interyerinizi yeniləmək və ya yeni ailə quran cütlüklərə mükəmməl hədiyyə seçmək üçün lazım olan istənilən məhsulu əldə edə bilərsiniz. “Ambiance” butikində
Herend,
Наviland,
Wedgwood,
Moser,
Lalique,
Greggio,
DAUM,
Robbe & Berking
kimi brendlər təmsil olunur.