Azərbaycanlı səyahətçi Fərid Novruzi qayaya dırmanma üzrə Cənubi Amerika turnesinə yola çıxır.

Azərbaycanlı səyahətçi Fərid Novruzi qayaya dırmanma üzrə Cənubi Amerika turnesinə yola çıxır.

Azərbaycanlı səyahətçi Fərid Novruzi qayaya dırmanma üzrə Cənubi Amerika turnesinə yola çıxır.


İsveçrəli saat istehsalçısı Ulysse Nardin və onun Azərbaycandakı rəsmi tərəfdaşı olan Italdizain şirkəti Fərid Novruzi ilə əməkdaşlıq çərçivəsində yeni sərgüzəştə başlayır.

Fərid Novruzi səyahətçi, alpinist və təşəbbüskardır. O, ekoloji və sosyal məqsədli təyyarəsiz qeyri-adi dünya səyahətlərilə məşhurdur. Novruzi altı qitəni gəzib, ekvatoru iki dəfə keçib, yer kürəsinin əks nöqtələrini ziyarət edib. Bütün bunları səyahətçi avtomobil, velosiped və yaxta kimi müxtəlif növ nəqliyyat vasitələrinin köməyilə 158 gün ərzində həyata keçirib.


2022-ci ilin payız aylarında Fərid Novruzi Göcek AUTUMN Race Week 2022 adlı beynəlxalq reqataya milli yaxta komandamızın heyətində qatılıb. Fərid Novruzinin artıq iki il səfiri olduğu Ulysse Nardin brendi komandamızın rəsmi sponsoru olaraq çıxış edib. Bu dəstəyin nəticəsində komandamız öndəgedən avadanlıq və texnologiyalardan istifadə edərək yüksək ballar toplayıb və şərəfli yerlər tutub.

Bu dəfə İsveçrə istehsalçısı Fəridi Novruzini Orisaba (Meksika), Kayambe və Çimboraso (And dağları, Cənubi Amerika) vulkanlarına aparan sərgüzəştində dəstəkləyəcək. Ulysse Nardin-in Diver kolleksiyasından olan saatlar səyahətçinin əsas köməkçilərindən olacaq. Model ekstremal və su idman növləri üçün hazırlanmışdır. Saatın korpusu yüksək keyfiyyətli polad, titan və çəhrayı qızıldan hazırlanıb. Möhkəmliyi, etibarlılığı və suyadavamlılığı Diver saatlarını bu cür çətin səyahətlər üçün ideal seçim edir.  

Təcrübəli alpinistlərin qatılacağı tur 13 mayda başlayır və 18 gün ərzində davam edəcək. Fərid Novruzi Ulysse Nardin ilə bu əməkdaşlıq və saatların səyahət zamanı istifadə olunması barədə fikirlərini bölüşdü: "Ulysse Nardin-in səfiri olmaq mənim üçün çox xoşdur və Diver modelini ekstremal şəraitlərdə testdən keçirməyi həvəslə gözləyirəm. Qeyd edim ki, bu əməkdaşlıq bizim səyahətlərə olan birgə sevgimizi və mükəmməlliyə doğru hədəflərimizi əks etdirir. Əminəm ki, Diver saatları yüksək etibarlılığı və dəqiqliyi ilə bizim səyahətimizdə vacib rol oynayacaq". O, həmçinin İsverçə istehsalçısının innovasiya, keyfiyyət və davamlılıq kimi dəyərlərini dəstəklədiyini söylədi.  

Ulysse Nardin brendinin saatları ilə tanış olmaq və əldə etmək üçün Royal Collection butiklərinin aşağıdakı ünvanlarına müraciət edə bilərsiniz: 

ул. 28 May küç 4, Bakı

ул. Niyazi küç, 5B, Bakı 


ULYSSE NARDIN ŞİRKƏTİ HAQDA:

Ulysse Nardin — İsveçrənin "lüks" səviyyəli saat brendidir. Fəaliyyətinə ticarət və silahlı-dəniz gəmiləri üçün dəniz xronometrlərinin və dəqiq dənizçilik cihazlarının istehsalı ilə başlayan şirkət, 175 illik bilik və təcrübəsini yenilikçi materiallardan saat komponentlərinin yaradılmasında istifadə edir, ustalığı innovasiyalarla uğurla birləşdirir. Brend həmçinin ekoloji təşəbbüs və inkişafı aktiv şəkildə dəstəkləyərək məsuliyyətli istehsal və istehlak prinsiplərini qoruyur. 

SAATLAR HAQDA:

Ulysse Nardin-in Diver kişi saatı sualtı daldırma həvəskarları üçün hazırlanmış təlqinedici bir modelidir. Bu model İsveçrənin dəqiqlik mexanizmi və görkəmli dizayn və funksionallığı özündə birləşdirir. Paslanmayan polad və ya titandan hazırlanan korpus, 300 metrəcən suyadavamlılığı, müdafiəli fırlanan bezel, aydın görünən və lüminesent etiket və oxlarla təchiz olunan saat üzü — bunların hamısı Ulysse Nardin-in "Diver" modelini aktiv həyat tərzi sevən insanlar üçün etibarlı və dəbli seçim edir. Modelin tarix, xronoqraf və ikinci saat qurşağı kimi əlavə funksiyaları isə onu istənilən şəraitdə istifadə etmək üçün universal edir. Müasir zərifliliyi və funksionallığı özündə birləşdirən Ulysse Nardin-in "Diver" modeli səyahət sevənlər üçün mükəmməl seçimdir.


Butiklərdə təqdim olunan məhsullarla burada tanış ola bilərsiniz .