"GRAFF" YENİ "FOLLOW ME" KOLLEKSİYASINI TƏQDİM EDİR

"GRAFF" YENİ "FOLLOW ME" KOLLEKSİYASINI TƏQDİM EDİR

"Graff"ın yeni zərgərlik kolleksiyası – hərəkət, özünəəminlik və öz yoluna sadiq qalmaq azadlığı 


"Graff" "Follow Me"ni – güc, hərəkət və yeni kəşflərə həsr edilmiş zinət əşyalarından ibarət yeni kolleksiyasını təqdim edir. Kolleksiyanın əsas simvolu hər bir dizaynın başlıca ünsürü sayılan istiqamət və daxili əminlik işarəti olan oxdur. 

Məmulatlar ağ, sarı və çəhrayı qızıldan hazırlanaraq "Graff" brilyantları ilə tamamlanıb. Oxun lakonik silueti sırğa, kulon, bilərzik və üzüklərdə özünü hər dəfə fərqli cür büruzə verir. Kolleksiya müasir və dinamik alınıb, bununla belə, brendə xas olan xarakterik zərgərlik ifadəliliyini qoruyub saxlayıb.  

"Follow Me"nin təməlində sadiqlik, hərəkət, sadəlik, özünütəsdiq, istiqamətlilik və əminlik ideyaları dayanır. Onlar kolleksiyaya xarakter bəxş edir və onun plastik cizgilərində, brilyantlarının işıltısında təcəssüm etdirilir. Burada sakit daxili güc – öz seçiminə dair əminlik və seçilmiş yolu tutmaqla bağlı hazırlıq sezilir. 

Kulonlarda ox motivi xüsusilə xəfif görünür: ox ucluqları nazik qızıl zəncir ilə birləşərək onun təsvirinin bir parçasına çevrilir. Modellərdən birində bu motiv lariat siluetinə keçir, belə ki, oxşəkilli ilgək iki uzadılmış xətt şəklində davam etdirilir. Zinət əşyası sarı qızıldan hazırlanıb və brilyantlar "pave" üslubunda düzülüb. 

Bilərziklərdə ox bilək ətrafında sanki hərəkət edir: qırılmaz dövrə əmələ gətirən qapalı modellərdən tutmuş açıq bilərziklərə qədər. Bəzi variantlar brilyant "pave" ilə tamamilə örtülü olduğu halda, digərlərində daşlar ox ucluqlarında vurğular qoyur və üç brilyantdan ibarət kompozisiyalarda meydana çıxır. Üzüklər hərəkət ilə bağlı bu oyunu davam etdirir – nazik tək xətlərdən tutmuş barmağı əhatələyən heykəltaraşlıq formalarınadək.  

Bütün "Follow Me" məmulatları "Graff" ustaları tərəfindən hazırlanır. Brend bu kolleksiya vasitəsilə müasir özünəəminlikdən söz açır – sakit, sərbəst və güclü. Zinət əşyaları seçilmiş istiqamətə etibar etməyə, öz yoluna dəyər verməyə və onun haraya apardığını gözdən qaçırmamağa dair bir xatırlatmaya çevrilir. 

"Graff" brendinin Azərbaycanda rəsmi distribütoru "Italdizain" şirkətidir. Brendin məmulatları, eləcə də "Follow Me" kolleksiyası Bakıda "Graff" butikində təqdim edilir. Brendin kolleksiyaları ilə tanış olmaq və məhsulları əldə etmək üçün aşağıdakı ünvana baş çəkə bilərsiniz: Bakı şəhəri, 28 May küçəsi, 2B. Aşağıda qeyd olunan rəsmi saytdan daha ətraflı məlumat əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/graff