"Tilda’s Bow" kolleksiyası "Graff"ın zərgərlik tarixində xüsusi yer tutur. İlk dəfə təxminən yarım əsr bundan əvvəl təqdim edilmiş bant motivi brendin ən tanınan simvollarından birinə – qiymətli formalara həkk edilmiş bağlılığın, yaddaşın və şəxsi tarixçələrin rəmzinə çevrilib. Zamanla bu obraz ilkin ideyasını saxlayaraq və yenidən interpretasiya olunaraq inkişaf etdirilib.
Səliqəli şəkildə bağlanmış ipək bantdan ilhamlanaraq, hər bir model sevgi, davamlılıq və ailə bağları ideyasını ötürür. Kolye, sırğa, bilərzik, üzük və saatlar "Graff"ın xarakterik motivi və brilyantlar ilə ahəng təşkil edir.
Məmulatlar brendin ustaları tərəfindən əl ilə hazırlanır. Formalar rəvan xətlər və yumşaq keçidlər üzərində qurulub: lentlər, ilgəklər, əyrilər "Graff" brilyantları ilə vurğulanan həcm və hərəkəti formalaşdırır. Kolleksiya zamanın hüdudlarına sığmayan fəlsəfəni təcəssüm etdirir, belə ki, məmulatlar nəsildən-nəslə ötürülən zinət əşyaları kimi düşünülüb.
"Tilda’s Bow"nun əsasında ailə bağları mövzusu durur və ailə biznesi statusunu qoruyan "Graff" Evinin prinsiplərini təcəssüm etdirir. 1960-cı ildə Lourens Qraff tərəfindən əsası qoyulmuş "Graff" Evi hazırda davamlılığı və uzunmüddətli yanaşmanı qoruyaraq ailənin üç nəslinin iştirakı və Fransua Qraffın rəhbərliyi altında fəaliyyət göstərir.
"Graff"ın dizayn üzrə direktoru Ann-Eva Geffrua qeyd edir:
"Bizim üçün "Tilda’s Bow" silueti və fəlsəfəsi dəyişməz ilham mənbəyi olaraq qalmaqdadır. Kolleksiya klassik həlləri, müasir interpretasiyaları, eləcə də sarı brilyantlar və qiymətli daşlardan ibarət zinət əşyalarını birləşdirərək inkişaf etməyə davam edir".
Azərbaycanda "Graff" zinət əşyaları, eləcə də "Tilda’s Bow" kolleksiyası Bakıda "Graff" butikində təqdim edilir. Brendin kolleksiyaları ilə tanış olmaq və məhsulları əldə etmək üçün aşağıdakı ünvana baş çəkə bilərsiniz: Bakı şəhəri, 28 May küçəsi, 2B. "Graff" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan rəsmi saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/graff


