Bakıda “Messika” brendinin tədbiri keçirilib

 Bakıda “Messika” brendinin tədbiri keçirilib

 Bakıda “Messika” brendinin tədbiri keçirilib

Yüksək zərgərlik sənətinə həsr olunmuş axşam

 

Martın 1-də “Unbar Baku”-da yüksək zərgərlik sənətinə həsr olunmuş “Messika High Jewelry Cocktail” ziyafət axşamı keçirilib. Tədbir “Messika” brendinin Azərbaycandakı eksklüziv təmsilçisi “Italdizain” şirkəti ilə birgə təşkil olunub.


“Messika” Zərgərlik evi Xədicə və Kamilla Stanza bacıları, Nərminə Həsənli, Nigar Novruzova, Rübabə Rəsul, Xanım Nəsirova və bir çox başqaları da daxil olmaqla, brendin dost və pərəstişkarlarını bir arada toplamışdı.


“Messika” Zərgərlik evinin məşhur kolleksiyalarına həsr olunmuş bu tədbirdə iki qiymətli zərgərlik kolleksiyası - Valeri Messikanın Qədim Misirin ecazkar və sirli dünyasını araşdırdığı “Beyond the Light” kolleksiyası və 70-ci illərin total azadlıq mühiti və çılğın gecələrindən ilham almış “Midnight Sun” kolleksiyası xüsusilə vurğulanırdı. Dəfilə zamanı modellər eksklüziv zinət əşyalarını təqdim edir və qonaqların bu əşyaların zərif dizaynını tam şəkildə qiymətləndirmələrinə imkan yaradırdılar.

Tədbirin musiqili müşayiəti və ab-havası üçün məsul olan “The Miles” və DJ Nikolas Mun axşama xüsusi dinamika əlavə edirdilər. Tədbir zamanı təqdim olunan “Messika” brendinin kolleksiyaları ilə martın 31-dək Bakıdakı “Royal Collection” butiklərində tanış ola bilərsiniz. Baxış üçün öncədən qeydiyyatdan keçmək tələb olunur.

Ünvan və əlaqə nömrələri:

“Royal Collection” butiki, 28 May küçəsi, 4. + 994 51 2019291/ +994 12 4934084

“Royal Collection” butiki, Niyazi küçəsi, 5B. +994 51 2019288/ +994 12 4927656

“Messika” brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumatı https://italdizain.az/ru/brands/messika linkindən əldə etmək mümkündür.

“MESSIKA” BRENDİ HAQQINDA:

“Messika” brendi əsası 2005-ci ildə Valerie Messika tərəfindən qoyulmuş məşhur fransız zərgərlik markasıdır. Öz innovativ dizaynı və almazlardan böyük ustalıqla istifadə etməsi ilə tanınan bu brend müasir eleqantlıq və dəbdəbənin rəmzinə çevrilib. Ənənəvi zərgərlik sənəti ilə zinət əşyalarının hazırlanmasına müasir yanaşmanı birləşdirən “Messika” brendi individuallığı vurğulayan və öz sahiblərinin imicinə incəlik əlavə edən kolleksiyalar təklif edir. Unikal tərzi və yüksək keyfiyyəti sayəsində “Messika” bütün dünyada zərgərliyi sevən insanlar tərəfindən tanınmış və onların sevgisini qazanmışdır.

“ITALDIZAIN” ŞİRKƏTİ HAQQINDA:

“Italdizain” şirkəti 1996-cı ildə Azərbaycan bazarında yüksək keyfiyyətli italyan mətbəx mebellərinin tədarükü ilə məşğul olan ticarət təşkilatı kimi yaradılmışdır. Şirkət fəaliyyəti dövründə yeni istiqamətlər yaradaraq biznesini genişləndirib. Hazırda “Italdizain” şirkəti zərgərlik, saat, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış onlarla butikləri birləşdirən böyük bir holdinqdir.