Christofle

KolleksiyaAmerica

1933-cü ildə dizayner Luk Lanel tərəfindən yaradılan "America" süfrə kolleksiyası "Art Deco" dövrünün özünəməxsus dizayn elementlərini özündə əks etdirir. Dəqiq kənarlar, düz relyef və ifadəli bucaqlar həmin dövrün memarlıq üslubuna xas olan təmiz və qrafik xətlər yaradır.
Kolleksiyanın adı Amerikanın “Roaring Twenties” — “gurultulu iyirminci illər” dövrünə istinad edir və Birinci Dünya müharibəsindən sonra Avropaya və Yeni Dünyaya yayılan azadlıq ruhunu əks etdirir. Bu, Amerikanın mühüm mədəni təsir gücünə çevrildiyi, incəsənətin isə böyük yüksəliş dövrünü yaşadığı bir zaman idi.
Musiqi, rəssamlıq, memarlıq və ədəbiyyat dərin dəyişikliklərə məruz qalır, həyat tərzi isə keçmişin klassik qaydalarından azad olaraq yeni istiqamət alırdı.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə