Lalique
KolleksiyaOrchidée
Ən ləziz alkoqollu içkilərin dadını vurğulamaq üçün yaradılmış “Orchidée“ dekanteri “Lalique“ brendinin dekanterlər kolleksiyasını tələbkar kolleksiyaçıların zövqünü oxşayacaq yeni parça ilə zənginləşdirir. Donuq büllurun fonunda vurğulanmış səhləb çiçəkləri ehtiras, dərin hisslər və zərifliyin simvoludur. Yüksək keyfiyyətli büllurdan hazırlanmış bu dekanter gündəlik dəbdəbəli həyat tərzinin qapılarını üzünüzə açır.