Omega

KolleksiyaDe ville prestige

De Ville Prestige kolleksiyasına, OMEGA evinin ən populyar modelləri olan klassik və dəbdəbəli saatlar daxildir. İstənilən qarderobu mükəmməl şəkildə tamamlayan sarı qızıl, çəhrayı qızıl və paslanmayan poladdan hazırlanmış lüks İsveçrə saatları həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulmuşdur. Kolleksiyaya, Oftalmoloji Hava Hospitalını yaradan, Orbis İnternational Fondunun və Omega'nın tərəfdaşlığı şərəfinə, istehsal olunan De Ville Prestige Orbis kimi bir neçə xüsusi seriya da, daxildir. Butterfly və Dewdrop kolleksiyaları isə, təbiətin incə və kövrək gözəlliyindən ilhamlanır. Müxtəlif rəng çalarlı siferblatların korpusu qızıl və ya paslanmaz poladdan hazırlanmışdır. Bu saat kolleksiyasının dəbdəbəli modelləri, onlar üçün xüsusi olaraq yaradılmış məşhur Prestige bilərziklər və ya siferblatlara uyğun gələn dəri kəmərlərlə tamamlanmışdır. Dəyişməz olaraq zərif və incə siferblatlar əsasən qızıldan olan və bəzən almaz kaboşonları ilə əvəzlənən rum rəqəmləri ilə bəzədilmişdir. OMEGA Prestige saatları dəqiq kvars mexanizmləri ilə və ya koaksial OMEGA kalibrləri ilə təchiz olunmuşdur, çox vaxt tarix göstəricisi, kiçik saniyə əqrəbi və güc ehtiyatının göstəricisi kimi maraqlı xüsusiyyətlərə malikdir ki, bu da saatın planlaşdırılmamış dayanmasının qarşısını almağa kömək edir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə

Göstərilir: 24 / 24